“Barselona”da gözlənilən anlaşma bu gün rəsmiləşəcək. Qavi ilə müqavilə artıq razılaşdırılıb.
Klubun rəsmi saytının məlumatında 18 yaşlı yarımmüdafiəçinin 2026-cı ilin yayınadək “Barselona”da oynayacağı bildirilib. Futbolçunun müqaviləsində göstərilən satış məbləği isə 1 milyard avrodu. Qavi ilə müqavilənin rəsmi imzalanma mərasimi bu gün “Nou Kamp” stadionunda keçiriləcək.
Qeyd edək ki, səbəbkar ötən ilin yayından “Barselona”nın əsas komandasında çıxış edir. Qavi indiyədək göy-qırmızı formada 54 matçda meydana çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun 2021-ci ilin oktyabrında İspaniya yığmasında debüt etdiyini, milli formada 10 oyuna çıxaraq 1 dəfə assist müəllifi olduğunu da xatırladaq.