MY dünya çempionunu satmağa hazırdı

27.11.2023 00:15 185
Dünya futbolu
Rafael Varan mövsümün sonunda “Mançester Yunayted”dən ayrıla bilər.

"Football-plus.az" xəbər verir ki, jurnalist Florian Plettenberq İngiltərə klubunun dünya çempionunu satmağa hazır olduğunu iddia edir. Onun bildirdiyinə görə, MY rəhbərliyi Varanın satışından təxminən 20-30 milyon avro qazanc əldə etməyi düşünür. Rafael komandadakı durumundan narazıdı. Plettenberq bu səbəbdən fransalı futbolçunun hətta gələn ilin yanvarında satıla biləcəyini də vurğulayıb.