1-ci liqanın 9-cu turunda "Mingəçevir" "Zaqatala"nı qəbul edib. "Football-plus.az" xəbər verir ki, oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra "şəhərlilər"in çalışdırıcısı Sönməz Quliyev Mingəçevirə ezam olunmuş əməkdaşımıza açıqlamasında məğlubiyyəti şərh etdi:
"Maraqlı oyun oldu. İlk hissədə əlimizdə düşən fürsətləri dəyərləndirə bilmədik. Komandam 25 dəqiqə normal oyun sərgilədi. İkinci hissədə rəqib təzyiqi artırdı. Meydanda bərabər səviyyəli mübarizə gedirdi. Matçın sonlarında irəli atıldıq. "Zaqatala" bundan istifadə edərək əks-hücumda bizi yaxaladı. Həmin epizodda da qapımızda qol gördük. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".
İLKİN SULTANLI