“Oyunun ədalətli nəticəsi heç-heçə idi” – “Ağsu Difai”nin baş məşqçisi

9.11.2023 21:50 325
I liqa / Manşet
Bu gün 1-ci liqanın 8-ci turunda “Ağsu Difai” “Mingəçevir”i qəbul etdi.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatdı. Meydan sahiblərinin baş məşqçisi Elgiz Kərimli “Football-plus.az”a açıqlamasında məğlubiyyəti şərh etdi:

“Rəqibi təhlil etmişdik. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Lakin ani diqqətsizlikdən qol buraxdıq. Epizodlarımız oldu. Sadəcə, əlimizə düşən şansları dəyərləndirə bilmədik. Təbii ki, rəqibin də imkanları oldu. Onlar da bunlardan birini dəyərləndirə bildilər. Deyərdim ki, bərabər səviyyəli oyun izlədik. Oyunun ədalətli nəticəsi heç-heçə idi”.


İLKİN SULTANLI