• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rumıniya və İsveçrə proqnozları doğrultdu

AÇ

22-11-2023, 22:0

Artıq I qrupunda əsas suallara cavab tapılıb.

“Football-plus.az” xəbər verir ki, noyabrın 18-də keçirilən 9-cu turun oyunlarında qeydə alınan nəticələrdən sonra proqnozlar doğruldu: imkanları daha yüksək dəyərləndirilən Rumıniya və İsveçrə yığmaları qitə çempionatına vəsiqələri təmin etdilər.

Yaxın Şərqdə davam edən müharibə vəziyyəti İsrail yığmasına çox pis təsir etdi. Bilindiyi kimi, bu komandanın əvvəlki turlardan təxirə salınan oyunları noyabrın 12-də və 15-də keçirilmişdi. Alon Hazanın çalışdırdığı komanda həmin günlərdə uyğun olaraq Kosovo (0:1) və İsveçrə (1:1) ilə matçlarda hesabına yalnız bir xal yazmaqla AÇ-2024-ün final mərhələsində oynamaq şansını yetərincə azaltmışdı. Yəhudilər sonuncudan əvvəlki turda Rumıniyaya qalib gəlməyə borclu idilər. Əks halda onların seçmə turnirdə olan-qalan şansı da yox olacaqdı. Məlum səbəbdən ev oyunlarını neytral meydanda – Macarıstanın Felçut şəhərində keçirən asiyalılar Rumıniyadan xal belə ala bilmədilər. Hərçənd matçın lap əvvəlində Zahavi hesabı açmaqla komandasının uğurlu startına səbəbkar olmuşdu. Qeyd edək ki, 36 yaşlı hücumçu bir müddət əvvəl beynəlxalq karyerasını başa vurmuşdu. Ancaq milli komandanın çətin vəziyyətə düşməsi Eranı qərarını dəyişməyə vadar etmişdi. Onun vurduğu qola görə israillilərin sevinci çox da çəkmədi: Puşkaş hesabın açılmasından 8 dəqiqə sonra cavab qolunu vurdu. Qollu başlanğıcdan sonra ilk hissədə hesab daha bir neçə dəfə dəyişə bilərdi. Lakin tərəflər şanslardan yararlana bilmədilər. Fasilədən sonra daha yaxşı oyun sərgiləyən rumınlar ikinci yarının ortalarında Hacinin dəqiq zərbəsi ilə önə keçdilər. Az sonra Miheyle gözəl şansı boşa verdi. Bu, azmış kimi rumın futbolçu sona yaxın qırmızı vərəqə almaqla komandasını meydanda azlıqda qoydu. Buna baxmayaraq, qələbə hesabını qoruyan Rumıniya yığması adını AÇ-2024-ün iştirakçılarının siyahısına yazdı. Edvard Yordaneskunun komandası İsveçrə ilə son oyunda uduzmayacağı halda qrupu lider kimi başa vuracaq.

Artıq İsveçrə də azarkeşlərini sevindirib. Murat Yakının çalışdırdığı komanda Kosovo ilə ev oyununda qalib gələ bilməsə (1:1) də, sona bir tur qalmış özü üçün çoxdan gözlənilən vəsiqəni təmin etdi. Qeyd edək ki, mərkəzi avropalıların sevinməsinə İsrailin uduzması da təsirsiz ötüşmədi.

Belarus isə məlum səbəbdən Macarıstanın paytaxtı Budapeştdə keçirilən matçda Andorranı minimal hesabla məğlub edərək qrupu 4-cü yerdə başa vurmaq şansını qorudu. Postsovet məkanından olan komanda bunun üçün Kosovodan səfərdə 3 xal almağa çalışacaq.

I qrupu, 9-cu tur

İsrail – Rumıniya 1:2 (1:1)

İsrail: O.Qlazer, Vitor, Dasa (Kanixovski, 62), Qoldberq, Revivo (Baribo, 77), Perets, Lavi (Abu Fani, 62), Qlux, Turqeman, Zahavi, Xalayli (Corno, 77).

Rumıniya: Moldovan, Burke, Drequşin, Skreçu (M.Marin, 77), Ratsyu, Stançu, Banku (Rus, 87), R.Marin (Çikıldeu, 87), Haci (Koman, 65), Drequş (Miheyle, 65), Puşkaş.

Qollar: Zahavi, 2 (1:0). Puşkaş, 10 (1:1). Haci, 63 (1:2).

Vərəqələr: Vitor, 37. Koman, 71. Ratsyu, 78. Baribo, 83. Zahavi, 90+3 - sarı. Miheyle, 85 – qırmızı.

Hakim: Fransua Letesye (Fransa).

18 noyabr. Felçut. 2921 tamaşaçı.

İsveçrə - Kosovo 1:1 (0:0)

İsveçrə: Zommer, Elvedi, Akanci, U.Qarsiya, Cömərt (Uqriniç, 84), Şakiri (Şteffen, 84), Caka, Fröyler (Eybişer, 66), Zakariya, Varqas (Amduni, 75), Okafor (Ndoye, 75).

Kosovo: Bekay, Aliti, Haderjonay (Hiseni, 73), Voyvoda, Dellova, Raşani (Zekiri, 46), Bitiki (Kastrati, 46), B.Berişa (Korenitsa, 66), Musliya, Ziba (Hacrizi, 86), İ.Krasniki.

Qollar: Varqas, 47 (1:0). Hiseni, 82 (1:1).

Vərəqələr: Bitiki, 16. Raşani, 29. Caka, 58. Zakariya, 76 - sarı.

Hakim: Antonuo Nobre (Portuqaliya).

18 noyabr. Bazel.

Belarus – Andorra 1:0 (0:0)

Belarus: İqnatoviç, Pavlovets, Karpoviç (Baxar, 63), Volkov, Peçenin (Laptev, 74), Parxomenko, Klimoviç (Kontsevoy, 46), Ebonq, Kaplenko (Qromıko 63), Antilevski, Morozov (Skavış, 63).

Andorra: İ.Alvares, M.Vales, Rebes (E.Vales, 66), Lyovera, Servos, De Pablos (X.Rubio, 90), Pomares (Remolins, 87), Vieyra (Puyol, 87), Alaes, Martines, Kuku (A.Sançes, 66).

Qol: Laptev, 83.

Vərəqələr: Rebes, 45+1. Martines, 70. Vieyra, 72. Laptev, 90+5 – sarı.

Hakim: Sergey Sariyev (Qazaxıstan).

18 noyabr. Budapeşt. Tamaşaçısız.

1. Rumıniya 9 5 4 0 15-5 19
2. İsveçrə 9 4 5 0 22-10 17
3. İsrail 9 3 3 3 9-11 12
4. Kosovo 9 2 5 2 10-9 11
5. Belarus 9 2 3 4 8-14 9
6. Andorra 9 0 2 7 3-18 2

21 noyabr: Rumıniya - İsveçrə, Andorra - İsrail, Kosovo - Belarus.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-10-2023, 17:0

Təxirə salınan oyunlar nə vaxt keçiriləcək?

Dünya futbolu

4-11-2023, 11:0

İsrail yığması üçün yeni məkan

AÇ

18-10-2023, 00:0

Belarus sensasiyaya çox yaxın idi

AÇ / Manşet

18-10-2023, 00:0

İngiltərə İtaliyanı məğlub etdi - YENİLƏNİB

AÇ / Manşet

13-09-2023, 01:0

AÇ-2024: 6-cı tura yekun vuruldu - YENİLƏNİB

AÇ

12-10-2023, 15:0

Daha bir oyun təxirə salındı

Aktual
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
Son xəbərlər
  • Bu gün, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Bu gün, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Bu gün, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Bu gün, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Bu gün, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 156
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə