Təxirə salınan oyunlar nə vaxt keçiriləcək?

27.10.2023 17:32 226
Dünya futbolu
FİFA İsrail yığmasının AÇ-2024-ün seçmə mərhələsində bu ay keçirilməli olan, lakin Yaxın Şərqdə vəziyyətin qəfil pisləşməsi üzündən təxirə salınan oyunlarının yeni tarixlərini müəyyənləşdirib.

"Football-plus.az" xəbər verir ki, İsveçrə və Kosovo ilə matçlar gələn aya təyin olunub.

Qurumun mətbuat xidmətinin məlumatına görə, İsrailin oktyabrın 15-də keçirilməli olan Kosovo ilə səfər oyunu noyabrın 12-də oynanılacaq. İsraillilərin isveçrəlilərlə matçı isə üç gün sonraya, noyabrın 15-nə təyin edilib. İsrail yığması hazırda AÇ-2024-ün seçmə turnirinin I qrupunda 6 oyuna 11 xalla 3-cü yeri tutur. Qrupun lideri Rumıniya 8 oyuna 16, 2-ci yerdəki İsveçrə isə 7 oyuna 15 xal toplayıb.