• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İngiltərə İtaliyanı məğlub etdi - YENİLƏNİB

AÇ / Manşet

18-10-2023, 00:0

Avropada beynəlxalq səviyyəli rəsmi matçların həyəcanı yaşanır.

"Football-plus.az" xəbər verir ki, AÇ-2024-ün seçmə turnirində qrup mərhələsinin 7-ci və 8-ci turlarının oyunları keçiriləcək. 6 gün ərzində 45 matç oynanılacaq. Qeyd edək ki, əvvəlcə təqvimdə 46 oyun nəzərdə tutulmuşdu. Lakin Yaxın Şərqdəki vəziyyəti nəzərə alan UEFA bu günə təyin olunan İsrail – İsveçrə matçını noyabrın 15-nə təxirə salıb.

Reqlament

Final mərhələsi gələn il Almaniyada təşkil ediləcək qitə çempionatının reqlamentini xatırladaq. Təşkilatçı ölkənin komandası seçmə mərhələdə iştirak etmədən final turnirinə vəsiqə ilə təmin edilib. Ukraynaya hərbi müdaxiləsi davam edən Rusiyanın milli komandasına beynəlxalq futbol təşkilatlarının verdiyi sanksiya hələ də qüvvədə qalır. UEFA-ya daxil olan qalan 54 ölkədən 53-ü təsnifat oyunlarında təmsil olunur. İştirakçılar 7 qrupda 5, 3 qrupda isə 6 komanda olmaqla ümumilikdə 10 seçmə qrupda ikidövrəli sistemlə mübarizə aparırlar. Bu mübarizənin sonunda qruplarda ilk iki yeri tutacaq 20 yığma AÇ-2024-də iştirak hüququ qazanacaq. Final turnirinə ayrılan qalan 3 vəsiqənin sahibi isə Millətlər Liqasının (ML) 2022/23 mövsümünün ötən ilin iyun və sentyabr aylarında baş tutan qrup mərhələsinin yekunlarına əsasən formalaşacaq pley-off oyunlarından sonra müəyyənləşəcək. Xatırladaq ki, Xorvatiya, İspaniya, İtaliya, Niderland, Şotlandiya, İsrail, Bosniya və Hersoqovina, Serbiya, Türkiyə, Yunanıstan, Qazaxıstan və Gürcüstan yığmaları qrup liderləri kimi pley-offda iştirakını təmin ediblər. Bu komandalar AÇ-2024-ün seçmə turnirində qrupda ilk iki yerdən birini tutacağı halda pley-offdan azad olacaqlar. Onları isə ML-in qruplarında 2-ci yeri tutan komandalar əvəzləyəcəklər. Pley-off oyunları 2024-cü ilin martına təyin olunub.

Bu yerdə artıq ML-in 2022/23 mövsümünün qalibinin məlum olduğunu xatırladaq. Bu yay baş tutan final mərhələsində A liqasında 1-ci yeri tutan Niderland, Xorvatiya, İtaliya və İspaniya yığmaları iştirak ediblər. Niderlandda baş tutan final turniri qolsuz başa çatan həlledici oyunda Xorvatiyanı penalti seriyasında məğlub edən (5:4) İspaniyanın qələbəsi ilə nəticələnib. 3-cü yer uğrunda matçda isə meydan sahiblərinə 3:2 hesabı ilə qalib gələn İtaliya bürünc mükafatçı olub.

Kimin şansı nə qədərdi?

Qitə çempionatının seçmə turnirinin arxada qalan oyunlarından sonra yalnız 3 komanda maksimum nəticə göstərib. A qrupunda Şotlandiya, B qrupunda Fransa, J qrupunda isə Portuqaliya yığması keçirdiyi bütün oyunlarda maksimum xal toplayıb. Hələ ki xalsız qalan komandaların sayı isə 6-ya bərabərdi. A qrupunda Cənubi Kipr, B qrupunda Cəbəllütariq, C qrupunda Malta, D qrupunda Latviya, H qrupunda San Marino, J qrupunda isə Lixtenşteyn yığması keçirdiyi bütün oyunlarda məğlub olub. 7-ci tur ərəfəsində qruplarda mövcud vəziyyətə nəzər salaraq komandaların qitə çempionatına birbaşa vəsiqə qazanmaq perspektivinə aydınlıq gətirək.

A qrupunda inamla liderlik edən Şotlandiya İspaniyaya uduzmasa, AÇ-2024-də oynamaq hüququ qazanacaq ilk komanda olacaq. Britaniyalıları bu baxımdan Norveçin Cənubi Kiprə qalib gəlməməsi də qane edəcək. Xalı olmayan kiprlilər norveçliləri məğlub etməyəcəyi halda 2-ci yeri tutmaq şansını da itirəcəklər. İspaniyanın Şotlandiyaya uduzmaması da adalıların son şansının üstündən xətt çəkəcək.

B qrupunda Niderland üzərində qələbə Fransaya qitə çempionatında oynamaq hüququ verəcək. 5 oyuna maksimum xal qazanan Didye Deşamın komandasını “narıncılar”la heç-heçə halında Yunanıstanın İrlandiyaya məğlubiyyəti də qane edəcək. İrlandiya Yunanıstana uduzacağı halda şansını itirəcək. Yunanlarla heç-heçə edəcəkləri və ya Niderlandın qələbəsi halında adalıların Almaniyaya yollanmaq imkanı da əldən veriləcək. Bu qrupda yalnız 5 oyunda xal qazanmayan və qol da vurmayan Cəbəllütariq bütün şanslarını itirib

C qrupunda 7-ci turda qeydə alınacaq istənilən nəticə hansısa komandaya final mərhələsinə vəsiqə qazandırmayacaq. İtaliyaya uduzacağı halda isə Malta cüzi şansını da itirəcək.

D qrupunda yalnız xalı olmayan Latviya artıq qitə birinciliyində oynamaq şansını əldən verib.

E qrupunda Polşaya məğlubiyyət Farer adalarının cüzi görünən şansını da heçə endirəcək. Çexiyanın Albaniya üzərində qələbəsi və ya bu günə təyin olunan hər iki matçın heç-heçə başa çatması da adalıları məyus edəcək.

F qrupunda Belçika Avstriyaya qalib gələcəyi halda final turnirinə vəsiqəni təmin edəcək. Belçika üzərində qələbə isə Avstriyanı Avropa çempionatına çıxaracaq. Yığmamız Estoniyaya qalib gəlməyəcəyi və ya Avstriya – Belçika matçı heç-heçə bitəcəyi halda cüzi olan şansını da itirəcək. Artıq Estoniyanın final mərhələsində oynamayacağı dəqiqləşib.

G qrupunda Litvaya qalib gələ bilməyəcəyi halda Bolqarıstan şansını itirəcək. Litva isə şansını bu rəqibindən 3 xal almayacağı təqdirdə əldən verəcək.
H qrupunda Şimali İrlandiya San Marinoya qalib gələ bilməyəcəyi halda şansını itirəcək. Adalıları qrupun şərikli liderləri Danimarka və Sloveniyanın qələbəsi, həmçinin Qazaxıstanla Sloveniyanın uyğun olaraq Danimarka və Finlandiyadan 3 xal alması da məyus edəcək. Bu qrupda yalnız San Marinonun qitə çempionatında iştirakı mümkün deyil.

I qrupunda Belarus bu gün Rumıniyaya uduzacağı halda cüzi olan şansını da əldən verəcək. Andorraya məğlubiyyət Kosovonun AÇ-2024-də iştirakını qeyri-mümkün edəcək. Kosovoya qalib gəlməmək Andorranın şansını əldən verəcəyini rəsmiləşdirəcək. Rumıniya Belarusa qalib gələcəyi halda isə Andorranın cüzi olan şansı da qeyb olacaq.

J qrupunda Slovakiya üzərində qələbə Portuqaliyanı final mərhələsinə çıxaracaq. Bu komandalar arasında qalib müəyyənləşməsə və Lüksemburqun İslandiyaya uduzması da maksimum nəticəyə malik olan Roberto Martinesin komandasının işinə yarayacaq. Heç bir şansı qalmayan Lixtenşteynə uduzacağı və Slovakiya Portuqaliyaya qalib gələcəyi halda Bosniya və Hersoqovina da şansını itirəcək. Lüksemburqa məğlubiyyət və Slovakiyanın Portuqaliyadan 3 xal alması İslandiyanın final turnirinə yolunu bağlayacaq.

AÇ-2024-ün SEÇMƏ TURNİRİ
qrup mərhələsi, 7-8-ci turlar
A qrupu

12 oktyabr: İspaniya - Şotlandiya 2:0, Cənubi Kipr - Norveç 0:4.
15 oktyabr: Gürcüstan - Cənubi Kipr 4:0, Norveç - İspaniya 0:1.

1. Şotlandiya 6 5 0 1 12-3 15
2. İspaniya 6 5 0 1 19-3 15
3. Norveç 7 3 1 3 11-9 10
4. Gürcüstan 6 2 1 3 9-13 7
5. Cənubi Kipr 7 0 0 7 2-25 0

B qrupu
13 oktyabr: Niderland – Fransa 1:2, İrlandiya - Yunanıstan 0:2.
16 oktyabr: Cəbəllütariq – İrlandiya 0:4, Yunanıstan - Niderland 0:1.

1. Fransa 6 6 0 0 13-1 18
2. Niderland 6 4 0 2 10-7 12
3. Yunanıstan 7 4 0 3 12-6 12
4. İrlandiya 7 2 0 5 9-9 6
5. Cəbəllütariq 6 0 0 6 0-21 0

C qrupu
14 oktyabr: Ukrayna - Şimali Makedoniya 2:0, İtaliya - Malta 4:0.
17 oktyabr: İngiltərə - İtaliya 3:1, Malta - Ukrayna 1:3.

1. İngiltərə 6 5 1 0 19-3 16
2. Ukrayna 7 4 1 2 11-8 13
3. İtaliya 6 3 1 2 11-7 10
4. Şimali Makedoniya 6 2 1 3 7-14 7
5. Malta 7 0 0 7 2-18 0

D qrupu
12 oktyabr: Xorvatiya - Türkiyə 0:1, Latviya - Ermənistan 2:0.
15 oktyabr: Türkiyə - Latviya 4:0, Uels - Xorvatiya 2:1.

1. Türkiyə 7 5 1 1 13-6 16
2. Xorvatiya 6 3 1 2 10-4 10
3. Uels 6 3 1 2 8-8 10
4. Ermənistan 6 2 1 3 8-9 7
5. Latviya 7 1 0 6 5-17 3

E qrupu
12 oktyabr: Albaniya - Çexiya 3:0, Farer adaları - Polşa 0:2.
15 oktyabr: Çexiya - Farer adaları 1:0, Polşa – Moldova 1:1.

1. Albaniya 6 4 1 1 11-3 13
2. Çexiya 6 3 2 1 8-5 11
3. Polşa 7 3 1 3 9-9 10
4. Moldova 6 2 3 1 6-6 9
5. Farer adaları 7 0 1 5 2-13 1

F qrupu
13 oktyabr: Estoniya – AZƏRBAYCAN 0:2, Avstriya – Belçika 2-3.
16 oktyabr: Belçika - İsveç, AZƏRBAYCAN - Avstriya 0:1.

1. Belçika 6 5 1 0 16-3 16
2. Avstriya 7 5 1 1 15-7 16
3. İsveç 5 2 0 3 11-8 6
4. AZƏRBAYCAN 6 1 1 4 4-12 4
5. Estoniya 6 0 1 5 2-18 1

G qrupu
14 oktyabr: Bolqarıstan – Litva 0:2, Macarıstan - Serbiya 2:1.
17 oktyabr: Litva – Macarıstan 2:2, Serbiya - Monteneqro 3:1.

1. Macarıstan 6 4 2 0 11-3 14
2. Serbiya 7 4 1 2 12-6 13
3. Monteneqro 6 2 2 2 6-8 8
4. Litva 7 1 3 3 6-10 6
5. Bolqarıstan 6 0 2 4 3-10 2

H qrupu
14 oktyabr: Danimarka - Qazaxıstan 3:1, Şimali İrlandiya - San Marino 3:0, Sloveniya - Finlandiya 3:0.
17 oktyabr: Finlandiya – Qazaxıstan 1:2, San Marino - Danimarka 1:2, Şimali İrlandiya - Sloveniya 0:1.

1. Sloveniya 8 6 1 1 17-6 19
2. Danimarka 8 6 1 1 17-7 19
3. Qazaxıstan 8 5 0 3 12-9 15
4. Finlandiya 8 4 0 4 12-9 12
5. Şimali İrlandiya 8 2 0 6 7-9 6
6. San Marino 8 0 0 8 1-26 0

I qrupu
12 oktyabr: Andorra – Kosovo 0:3, Belarus - Rumıniya 0:0.
15 oktyabr: Kosovo - İsrail, İsveçrə - Belarus 3:3, Rumıniya – Andorra 4:0.

1. Rumıniya 8 4 4 0 14-4 16
2. İsveçrə 7 4 3 0 20-8 15
3. İsrail 6 3 2 1 7-7 11
4. Kosovo 7 1 4 2 6-8 7
5. Belarus 8 1 3 4 5-12 6
6. Andorra 7 0 2 5 3-13 2

J qrupu
13 oktyabr: Portuqaliya - Slovakiya 3:2, Lixtenşteyn - Bosniya və Hersoqovina 0:2, İslandiya - Lüksemburq 1:1.
16 oktyabr: Bosniya və Hersoqovina – Portuqaliya 0:5, Lüksemburq – Slovakiya 0:1, İslandiya - Lixtenşteyn 4:0.

1. Portuqaliya 8 8 0 0 32-2 24
2. Slovakiya 8 5 1 2 11-5 16
3. Lüksemburq 8 3 2 3 8-18 11
4. İslandiya 8 3 1 4 15-10 10
5. Bosniya və Hersoqovina 8 3 0 5 7-14 9
6. Lixtenşteyn 8 0 0 8 1-25 0

Bombardirlər: Lukaku (Belçika) - 8, Höylunn (Danimarka), Maktominey (Şotlandiya) - 6, Amduni (İsveçrə), Keyn (İngiltərə), Ronaldo (Portuqaliya) - 5.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-10-2022, 18:0

“Siyasətçilər bizim təşkilata hörmət etməlidilər”

İdman

13-04-2022, 11:0

Millinin potensial rəqibləri bəlli oldu

AÇ / Manşet

29-03-2023, 10:0

AÇ-2024: Seçmə mərhələdə 2-ci tura yekun vuruldu - YENİLƏNİB

Dünya futbolu / Manşet

30-01-2023, 16:0

UEFA üç turnirin formatını dəyişdi: Rusiya beynəlxalq təşkilatlardan növbəti zərbəni aldı

AÇ

22-09-2023, 21:0

AÇ-2024-ün biletləri hansı qiymətə olacaq?

Aktual
Sinenkanın məhz zədə üzündən kənarda qalması şübhə doğurur - mətbuat katibi durumla bağlı açıqlama verdi
Xoni Montiel İspaniyaya dönüb? - klub rəsmisindən açıqlama
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
RFŞ Dambrauskası təbrik etdi - "Çempionlar Liqasında böyük uğurlar qazanan "Qarabağ"ı qabaqladı"
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Son xəbərlər
  • Bu gün, 00:39
    40 yaşında “daha bəsdi” dedi
  • Dünən, 23:14
    Daha 5 il MY-də oynayacaq
  • Dünən, 22:13
    “Juninyo gəlsə, “yox” demərəm” – Qurban Qurbanov
  • Dünən, 21:52
    Sinenkanın məhz zədə üzündən kənarda qalması şübhə doğurur - mətbuat katibi durumla bağlı açıqlama verdi
  • Dünən, 21:39
    “Cəhd etdik, amma alınmadı” – Kurban Berdıyev
  • Dünən, 21:25
    "Qarabağ" "Turan Tovuz"a qalib gəldi - YENİLƏNİB
  • Dünən, 20:01
    Musa zədələndi
  • Dünən, 19:00
    "Qarabağ" - "Turan Tovuz": START HEYƏTLƏRİ
  • Dünən, 18:23
    "Neftçi"nin şikayəti təmin edilmədi
  • Dünən, 17:23
    Dünya çempionu fikrini dəyişdi
  • Dünən, 16:40
    ÇL-də hamını arxada qoydu
  • Dünən, 16:09
    Mudrikin aqibətini İAM müəyyənləşdirəcək
  • Dünən, 15:37
    “Sabah”ın U-16 komandası da çempion oldu
  • Dünən, 15:11
    Millimiz Qazaxıstanla üz-üzə gələcək
  • Dünən, 14:58
    “Mən gələndə Çempionlar Liqasına qayıdış perspektivi kifayət qədər uzaq görünürdü“ - Karrik
  • Dünən, 14:09
    Xoni Montiel İspaniyaya dönüb? - klub rəsmisindən açıqlama
  • Dünən, 13:18
    Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnir keçiriləcək
  • Dünən, 13:06
    Əliyar Ağayevin cəzası bitdi?
  • Dünən, 11:48
    Gələn mövsüm B seriyasında oynayacaqlar
  • Dünən, 11:18
    “Barselona” ilə razılığa gəldi
  • Dünən, 10:52
    “Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
  • Dünən, 10:32
    Klubunda daha bir il oynayacaq
  • Dünən, 09:57
    Bir ildən sonra A seriyasına qayıtdılar
  • Dünən, 00:13
    “El Klasiko”da görünməyəcək
  • 3-05-2026, 23:0
    Londondan Mançesterə yollana bilər
  • 3-05-2026, 23:0
    Mikels qardaşlarının Azərbaycan macəraları - 9 duelin yalnız ikisində üz-üzə gəliblər
  • 3-05-2026, 23:0
    "Qəbələ" avrokuboklar uğrunda mübarizə aparmalı idi" - Rəşad Sadıqov
  • 3-05-2026, 22:0
    “Yuventus”u tərk edəcək
  • 3-05-2026, 22:0
    "Bu oyunda da bəsit qol buraxdıq" - Kaxaber Sxadadze
  • 3-05-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 3-05-2026, 21:0
    "Tarix yazmaq niyyətindəyik" - Valdas Dambrauskas
  • 3-05-2026, 20:0
    Yeni təklifi müsbət cavabladı
  • 3-05-2026, 20:0
    "David Santosun zədələnməsi oyunun qırılma anı idi" - Ayxan Abbssov
  • 3-05-2026, 20:0
    Yayda işsizə çevriləcək
  • 3-05-2026, 19:0
    Arbeloaya o da xələf ola bilər
Daha çox
Oxunub: 192
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 148
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 137
AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
Oxunub: 133
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Oxunub: 131
“Neftçi”nin dördüncü olmaq şansı “Zirə” ilə müqayisədə daha yüksəkdi
Oxunub: 131
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə