“Difai” çempionatda qol vura bilməyən iki komandadan biridi. Ağsuluların uğursuz çıxışının səbəbi nədi? "Football-plus.az" saytı olaraq, bunun səbəbini aydınlaşdırmaq üçün komandanın baş məşqçisi Paşa Əliyevin fikirlərini öyrəndik:
"Region Liqasından birbaşa güclü 1-ci liqaya yüksəlmişik. Komandanı cəmi iki aya formalaşdırmışıq. Bu, da təbii ki, “oturuşmuş” heyətə sahib olmaq üçün az vaxtdı. Həmçinin heyətimizdə zədəli oyunçular çoxdu. İrəlidə isə qol duyumlu futbolçu sarıdan kasadlığımız var. Buna rəğmən, ümidli və nikbinik. Məşqlərdə daha intensiv çalışacağıq. İnşallah, növbəti oyunda qol vuracağımıza inanıram".
ABDULLA İSMAYILOĞLU






