Onların sırasında “Karvan”, “İrəvan” və “Araz Saatlı” ilə yanaşı, Ağsu “Difai”sinin də olması diqqəti çəkdi. Son mövsümdə Region Liqasında çıxış edən “Difai”nin yarışa Ağsu təmsilçisi kimi qatılmasının səbəbi maraqlıdı.
Komandanın baş məşqçisi Asəf Məlikov "football-plus.az" saytına açıqlamasına məsələyə belə aydınlıq gətirdi:
“İnfrastruktur baxımından üç rayon ilə danışıq aparırdıq. Bunlar Şirvan, Göygöl və Ağsu idi. PFL-ə yoxlama üçün təqdim etdiyimiz stadionlar arasında tələblərə cavab verən yalnız Ağsu şəhərində oldu. Fürsətdən istifadə edib AFFA və PFL rəhbərliyinə son bir il ərzində "Difai"nin gördüyü işlərə dəyər verdiyi və etimad göstərdiyi üçün dərin təşəkkürümüzü bildiririk".
ABDULLA İSMAYILOĞLU





