Çağırış kubokunun 1/16 final mərhələsinin ilk görüşündə Bakıda “Avarka de Menorka”nı 3:1 hesabıyla məğlub etməyi bacaran “Azərreyl” dünən gecə saatlarında bu rəqiblə cavab oyununa çıxıb. Çox təəssüf ki, “dəmiryolçular” İspaniyada biabırçı məğlubiyyətlə üzləşib – 0:3 (20:25, 23:25, 17:25). Onlar yalnız 2-ci setə rəqibə az-çox müqavimət göstərib. 3:0-ın ardından “qızıl set” oynanılıb və yenə meydan sahibləri qalib gəlib – 15:11. Bununla da 1/8 finala adlayan İspaniya klubu Fransa “Nant”ına rəqib olub.