"Azərreyl" bu gün İspaniyada cavab matçına çıxır

15.11.2023 10:00 209
Aktual / İdman
Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası Çağırış kubokunda Bakıda məğlub etdiyi "Avarka de Menorka" ilə bu gün cavab görüşünə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, 1/16 finalının bu oyunu Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.

Qeyd edək ki, komandamız ilk oyunda rəqibini 3:1 məğlub edib.