“Məğlubiyyət pis oynadığımız anlamına gəlmir” - "Menorka"nın toppaylayıcısı

14.11.2023 16:08 368
Aktual / İdman
Qadın voleybolçulardan ibarət "Azərreyl" komandası noyabrın 9-da Çağırış kubokunun 1/16 final mərhələsinin ilk oyununda Bakıda "Avarka de Menorka"nı məğlub etməyi bacardı - 3:1 (23:25, 25:15, 25:19, 25:23).

"Dəmiryolçular" sabah İspaniyada bu rəqiblə cavab görüşünə çıxacaq. "Menorka"nın toppaylayıcısı Yelizaveta Lazurenko matçla bağlı “Football-plus.az”a danışdı:

"İlk görüşdə məğlub olsaq da, bu, pis oynadığımız anlamına gəlmir. "Azərreyl"lə oyunu videosuna baxıb təhlil etmişik. Rəqib yeni oyunçular da gətirib. Sadəcə, bizim voleybolçular bir-birini başa düşməkdə çətinlik çəkdi. İndi əlimizdə bəzi materiallar var. Bu da bizə daha da yaxşı hazırlaşmağa kömək edəcək. Hələ də komandama güvənirəm".


CAVİD ƏLİYEV