• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Siti”dən darmadağın, “Yunayted”dən çətin qələbə - TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 14:0

Hesabat turu favoritlər üçün fərqli keçdi.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti” növbəti dəfə darmadağın etdisə, “Yunayted” qələbə topunu uzatma dəqiqələrində vurdu, “Liverpul” məhz həmin dəqiqələrdə məğlubiyyətdən qurtuldu. Amma “Arsenal”ı mövsümdə ilk məğlubiyyətdən heç nə xilas edə bilmədi. Turun önəmli hadisələrindən biri kimi “Şeffild Yunayted”in mövsümdə ilk qələbəsini qazanmasını da vurğulamaq olar.

Təbii ki, “Bornmut”un “Etihad”da möcüzə edəcəyini heç kim gözləmirdi. Bununla belə, qonaqlar ilk 20 dəqiqədə yetərincə səviyyəli müdafiə olundu, “Siti”nin təhlükəli vəziyyət yaratmasına imkan vermədi. Ancaq “şəhərlilər” tempi artıran kimi Radunun qapısı önündə təhlükələr bir-birini əvəz etməyə başladı. Holann ilə Bernardo Silva qonaqları bağışladısa, Dokyu 30-cu dəqiqədə böyük üstünlüyü qola çevirdi. Cəmi 3 dəqiqə sonra belçikalı ulduz assistent rolunu oynadı, Bernardo fərqləndi. Tezliklə belçikalı vinger hesabına növbəti məhsuldar hərəkət yazdı – top məhz onun zərbəsindən sonra Akanciyə dəyərək tora daxil oldu. Bununla da 2-ci hissə faktiki formallığıa çevrildi. Düzdü, fasilədən sonra “Bornmut” bir qədər fəallaşdı. Hətta Solankenin vurduğu qol ofsayd üzündən sayılmadı, elə həmin futbolçu topu tirə vurdu. Sadəcə, MS indi elə səviyyədədi ki, belə ani sıçrayışlardan qorxan komanda deyil. 64-cü dəqiqədə Foden 4-cü qolu vurdu və maraqlıdı ki, bu dəfə də assistent Dokyu idi. 10 dəqiqə sonra qonaqlar sonradan meydana çıxan Sinisterranın sayəsində axır ki Edersonu məyus etdi. Ancaq qalan vaxt ərzində “şəhərlilər” daha iki qol vurdu. Bernardo və Akenin qollarında assistent rolunu Dokyu ilə Bobb oynadı. Beləliklə, belçikalı komandasının 6 qolundan beşində birbaşa iştirak etdi! “Siti” yaxşı əhval-ruhiyyə ilə ÇL-də “Yanq Boyz” ilə oyuna hazırlaşa bilər. Andoni İraola isə istefanın astanasındadı.

“Nyukasl” – “Arsenal” oyununun gərgin mübarizə şəraitində keçəcəyi bəlli idi. Axı komandalar Çempionlar Liqasının qrupunda oynayır, üstəlik bu mövsüm də ən yüksək hədəflər uğrunda mübarizə aparırlar. İlk yarıda londonluların hücumları daha konkret xarakter daşıyır, sadəcə, onlar son nöqtəni qoymaqda çətinlik çəkirdilər. “Topçular”ın “çərçivə”yə gedən yeganə zərbəsinin müəllifi Martinelli oldu. Fasilə ərəfəsində braziliyalı Poupun ayıq-sayıqlığını yoxladı. Yığcam müdafiə olunan “sağsağanlar” əsasən müdafiədən hücuma sürətlə çıxmağa və standart vəziyyətlərdə uğurlu olmağa çalışırdılar. Eddi Hau 63-cü dəqiqədə ikili dəyişikliyə əl atdı, bundan cəmi 1 dəqiqə sonra isə meydan sahibləri fərqləndi. Joelintonun ötürməsindən sonra lazımi anda lazımi yerdə olan Qordon hesabı açdı. VAR-ın bu qolu ləğv etmək üçün dörd əsası var idi, ancaq Stüart Attuel mərkəzi göstərdi. “Topçular” böyük qüvvə ilə irəli atılsa da, bərabərlik qolunu vurmaq mümkün olmadı. “Arsenal” mövsümdə ilk məğlubiyyətlə barışdısa, “Nyukasl” ölkədaxili turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 9-a çatdırdı.

“Liverpul” da məğlubiyyətin astanasından döndü. “Qırmızılar” zahirən “Luton”la oyunun axarına tam nəzarət edirdi, rəqib qapısı önündə müntəzəm təhlükəli vəziyyətlər yaradırdı. Belə görünürdü ki, “Luton”un qapısında bir-iki qol görməsi qaçılmazdı. Ancaq dəqiqələr ötür, “qırmızılar”ın təzyiqi maddiləşmirdi. Əksinə, meydan sahibləri nadir əks-hücumlar zamanı “Liverpul”un əsəbləri ilə oynayırdı. Onlar belə hücumların birində - 80-ci dəqiqədə hesabı açdı. “Luton” mövsümdəki 2-ci qələbəsinə çox yaxın görünürdü. Ancaq sonradan oyuna qoşulan Dias qonaqları biabırçı hesabdan qurtardı. Hərçənd çətin ki bu heç-heçə Kloppu və komandasını razı sala. Yeri gəlmişkən, 26 yaşlı kolumbiyalı vinger qoldan sonra formasını qaldıraraq “Libertad para papa” (“atama azadlıq”) yazısını göstərdi. Cinayətkarlar onun anasını buraxsa da, atasından hələ də xəbər yoxdu...

11-ci turun ilk oyununda – “Fulhem”lə səfər qarşılaşmasında “Mançester Yunayted” əcəl təri axıtdı. Bu oyunun “qırmızı şeytanlar” üçün “asan gəzinti” olmayacağı aydın idi. Həqiqətən də, xüsusən də ilk yarıda MY çətinlik çəkdi. Erkən qol mankunianların işini asanlaşdıra bilərdi. Ancaq Maktominey cərimə zərbəsindən qapıya yol tapsa da, qol sayılmadı. VAR otağında əyləşən videoassistentlər Maquayrın ofsaydda olduğuna işarə etdi və referi Con Bruks da bu iddia ilə razılaşdı. Fasilədən sonra dəyişikliklərin də köməyi ilə “Yunayted” fəallaşdı. Yeri gəlmişkən, qonaqlar 2-ci hissədə “Fulhem”in güclü təzyiqinə də məruz qaldı. Onana Palyinya ilə Uilsonun zərbələrindən sonra iki dəfə mankunianları xilas etdi. Uzatma dəqiqələrinin ilk saniyələrində “qırmızı şeytanlar”, nəhayət, qol sevinci yaşadı. Pelyistri ilə Marsyal top uğrunda mübarizə apardı, ardından Fernandeş yaxın küncə zərbə ilə Lenonu məyus etdi. “Bağbanlar”ın hesabı bərabərləşdirmək üçün nə vaxtı, nə də gücü qalmışdı. MY “Fulhem” üçün arzuolunmaz rəqib olduğunu növbəti dəfə göstərdi. Mankunianlar “bağbanlar”a bütün turnirlərdə son 18 oyunda uduzmayıb.

Turun qalan oyunlarına gəlincə, “Şeffild Yunayted”, “Brentford” və “Nottingem Forest” evdə, “Kristal Pelas” səfərdə qələbə qazandı, “Everton” – “Brayton” oyunu heç-heçə bitdi. Dünən axşam keçirilən son oyunda isə “Tottenhem” mövsümdə ilk məğlubiyyətini aldı.

11-ci tur
Mançester Siti – Bornmut 6:1

Dokyu, 30. B.Silva, 33; 84. Akanci, 37. Foden, 64. Ake, 88 – Sinisterra, 74. (53358)
MS: Ederson, Ake, Akanci, Uoker, Stounz (Lüis, 71), Rodri (Fillips, 71), Dokyu, Alvares (Nunyeş, 71), Kovaçiç, B.Silva (Bobb, 86), Holann (Foden, 46).

Fulhem – Mançester Yunayted 0:1
Fernandeş, 90+1. (24415)
MY: Onana, Dalot, Evans, Maquayr, Van-Bissaka, Eriksen (Maunt, 79), Maktominey, Qarnaço (Varan, 90+3), Fernandeş, Antoni (Pelyistri, 63), Heylunn (Marsyal, 79).

Nyukasl – Arsenal 1:0
Qordon, 64. (52194)
Arsenal: Rayya, Tomiyasu, Qabriel, Saliba, Uayt (Zinçenko, 74), Rays, Jorjinyo (Vieyra, 79), Haverts, Martinelli, Nketia (Trossar, 79), Saka.

Luton – Liverpul 1:1
Çonq, 80 – Dias, 90+5. (11049)
Liverpul: Alisson, Qomes (Simikas, 67), Van Diyk, Konate, Aleksander-Arnold, Qravenberx (Dias, 84), Makallister, Soboslai (Elliott, 66), Jota (Simikas, 66), Nunyes, Salah.

Everton – Brayton 1:1
Mikolenko, 7 – Yanq, 84-öz qapısına. (38683)

Şeffild Yunayted – Vulverhempton 2:1
Arçer, 72. Norvud, 90+10-p. – Belqard, 89. (29454)

Brentford – Vest Hem 3:2
Mope, 11. Mavropanos, 55-öz qapısına. Kollinz, 70 – Kudus, 19. Bouen, 26. (17103)

Bernli – Kristal Pelas 0:2
Şlupp, 22. Mitçell, 90+5. (21205)

Nottingem Forest – Aston Villa 2:0
Ayna, 5. Manqalya, 47. (29313)

Tottenhem – Çelsi 1:4
Kulusevski, 6 – Palmer, 35-p. Cekson, 75; 90+4; 90+8. (61726)

1. Mançester S. 11 9 0 2 28-8 27
2. Tottenhem 11 8 2 1 23-13 26
3. Arsenal 11 7 3 1 23-9 24
4. Liverpul 11 7 3 1 24-10 24
5. Aston Villa 11 7 1 3 26-16 22
6. Nyukasl 11 6 2 3 27-11 20
7. Brayton 11 5 3 3 24-20 18
8. Mançester Y. 11 6 0 5 12-16 18
9. Brentford 11 4 4 3 19-14 16
10. Çelsi 11 4 3 4 17-12 15
11. Kristal Pelas 11 4 3 4 10-13 15
12. Vest Hem 11 4 2 5 18-20 14
13. Nottingem F. 11 3 4 4 12-15 13
14. Vulverhempton 11 3 3 5 14-19 12
15. Fulhem 11 3 3 5 9-17 12
16. Everton 11 3 2 6 11-15 11
17. Luton 11 1 3 7 10-21 6
18. Bornmut 11 1 3 7 9-27 6
19. Bernli 11 1 1 9 8-27 4
20. Şeffild Y. 11 1 1 9 9-30 4

Bombardirlər: Holann (MS) – 11, Salah (Liverpul), Son Hın Min (Tottenhem) - 8, Uilson (Nyukasl), Bouen (Vest Hem) – 7.
Növbəti turun oyunları noyabrın 11-12-də keçiriləcək: Vulverhempton – Tottenhem, Mançester Yunayted – Luton, Kristall Pelas – Everton, Arsenal – Bernli, Bornmut – Nyukasl, Liverpul – Brentford, Brayton – Şeffild Yunayted, Vest Hem – Nottingem Forest, Aston Villa – Fulhem, Çelsi – Mançester Siti.

Turun rəqəmi
50 – Ten Haq MY-nin “sükanı arxasında” keçirdiyi 78-ci oyunda komandadakı qələbə sayını bu həddə çatdırdı. İndiyə qədər bu mənada rekordçu 1908-ci ildə kluba tarixində ilk çempionluğu qazandıran Ernest Menqnall idi. O, 50-ci qələbəni 79-cu oyunda – 1905-ci ildə qazanmışdı. Son 118 ildə heç bir məşqçi bu rekordu yeniləyə bilməmişdi. Joze Mourinyo 50-ci qələbəyə qədər 81, Ole-Qunnar Sulşer 95, Mett Basbi 96, Ron Atkinson 97, Aleks Ferqyuson isə 105 oyun keçirməli olmuşdu.

Turun ulduzu
Jeremi Dokyu (MS) – bir futbolçu həm qol vurur, həm də 4 məhsuldar hərəkət edirsə, başqa variant tapmağa dəyməz. 21 yaşlı belçikalı vinger cari mövsümdə 2 qol vurub, 5 məhsuldar ötürmə verib. Zədə üzündən kölgəyə çəkilən Holannın fonunda özünü ən yaxşı tərəfdən göstərdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-05-2022, 23:0

"Mançester Yunayted" darmadağın oldu

Dünya futbolu

30-08-2023, 19:0

“Mançester Siti” zirvəni ələ keçirdi – TURUN ŞƏRHİ

Dünya futbolu / Reportaj

28-04-2023, 22:0

Mançester klubları kubokun finalında ilk dəfə qarşılaşacaq - ŞƏRH

Dünya futbolu

4-10-2023, 19:0

MS, MY və “Liverpul” uduzdu, “Tottenhem”lə “Arsenal” liderə yaxınlaşdı

Dünya futbolu

29-09-2023, 23:0

MY darmadağın etdi, elita iki təmsilçisini itirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 17:0

“Arsenal” “Mançester Siti”nin işini asanlaşdırdı - TURUN ŞƏRHİ

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
  • 22-07-2026, 19:0
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 130
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə