• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mançester klubları kubokun finalında ilk dəfə qarşılaşacaq - ŞƏRH

Dünya futbolu / Reportaj

28-04-2023, 22:0

Ötən həftəsonu İngiltərə kubokunda yarımfinal oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, ilk yarımfinal oyununda “Mançester Siti” çempionşipin liderlərindən “Şeffild Yunayted”i darmadağın etdi – 3:0! 70 minə yaxın azarkeş “şəhərlilər”in eksperimental heyətlə şeffildliləri necə parçaladığını gördü. Düzdü, aşağı dəstə təmsilçisi oyuna yaxşı başladı. Ndiayenin artıq 2-ci dəqiqədə kornerin ardından vurduğu təhlükəli zərbə “şəhərlilər”i ayıltdı. Onlar tədricən topa nəzarəti ələ keçirməklə rəqibi də öz qapısına doğru sıxışdırdı. “Yunayted” yüksək təzyiqin öhdəsindən ağılla gəlsə də, fasilə ərəfəsində təcrübəsiz Cebbison cərimə meydançasında Bernardo Silvanın ayağını tapdalamaqla penaltiyə səbəbkar oldu. Zərbəni qola çevirən Mahrez rəqibin müqavimətini qırdı. Şeffildlilər 2-ci hissədə həm müdafiədə zəif oynadı, həm də məzmunsuz hücumlar qurdu. “Açıq qapı”ya bənzəyən müdafiəni əlcəzairli futbolçu daha iki dəfə yardı.

“Brayton” İngiltərə kubokunun finalında sonuncu dəfə 40 il əvvəl oynayıb. Bu üzdən Roberto De Zerbinin qarşısında adi bir vəzifə yox, əsl tarixi məqsəd dururdu. İtaliyalı mütəxəssis əslində “Yunayted”lə oyun üçün yaxşı plan hazırlamışdı – müdafiəyə heç də həmişə vaxtında dönə bilməyən Van-Bissaka ilə Dalotun zonalarını “açmaq”. Və əlbəttə, arxada maksimal dərəcədə konsentrasiya. Əvvəlcə bu plan yaxşı işlədi – rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradan “Brayton” etibarlı müdafiəsi ilə də seçilirdi. Sonra MY təşəbbüsü ələ keçirməyə başladı. 2-ci hissədə isə komandalar qapandı. Heç kim qol buraxmaq istəmirdi, hücumların sayının kəskin azalmasını da bu məqamla bağlamaq lazımdı. “Brayton” hətta De Xeanın qapısına daha tez-tez yaxınlaşırdı. Ancaq ustalıq səviyyəsi qol vurmağa bəs etmədi və əlavə vaxt zərurətə çevrildi. Həmin 30 dəqiqədə də oyunun mənzərəsi dəyişmədi. Yenə temp aşağı idi, komandalar daha çox qapının toxunulmazlığı haqda düşünürdü. Belədə yalnız penalti seriyası qalibin adına aydınlıq gətirə bilərdi. Tərəflər hərəyə 7 penalti vurdu. “Yunayted” bütün zərbələri dəqiq yerinə yetirdisə, “Brayton”dan Març topu qapının üstündən vurdu.

yarımfinal
Mançester Siti – Şeffild Yunayted (D-2) 3:0
Mahrez, 43-p.; 61; 66.
MS: Orteqa, Uoker, Akanci, Lyaport, Qomes, Gündoğan (Fillips, 75), B.Silva (Lüis, 81), Mahrez, Alvares, Qriliş (Palmer, 67), Holann (Foden, 68).
Brayton – Mançester Yunayted 0:0, p. – 6:7
MY: De Xea, Van-Bissaka (Malasia, 101), Lindelöf, Şou, Dalot, Kazemiro, Eriksen (Fred, 62), Antoni (Zabitser, 91), Fernandeş (Veqhorst, 101), Reşford, Marsyal (Sanço, 85).

Final oyunu iyunun 3-də “Uembli”də keçiriləcək.

Faktlar
* MS 2019-dan bəri ilk dəfə İngiltərə kubokunun finalında oynayacaq. Komanda son 10 mövsümdə 2-ci dəfə finala vəsiqə qazanıb. Qvardiolanın komandası 2019-da həlledici oyunda “Uotford”u darmadağın etmişdi (6:0).
* MS finala gedən yolda qapısından bir top da buraxmayıb. “Şəhərlilər” cari kubok mövsümündə “Çelsi”, “Arsenal”, “Bristol Siti”, “Bernli” və “Şeffild Yunayted” üzərində ümumilikdə 17:0 hesablı 5 qələbə qazanıb. Qol buraxmadan finala qədər irəliləyən sonuncu komanda “Everton” olub (1965/66 mövsümündə).
* İngiltərə kubokunun finalında ilk dəfə Mançester derbisi gerçəkləşəcək. MY heç vaxt kubok turnirlərinin finalında “şəhərlilər”lə qarşılaşmayıb. İstər İngiltərə, istərsə də Liqa kubokunda bu rəqiblərin üzləşdiyi ən gec mərhələ yarımfinal olub. Amma iki dəfə İngiltərə Superkuboku uğrunda oyund qarşılaşıblar ki, MY həm 1956-cı, həm də 2011-ci ildə qalib gəlib.
* “Yunayted” tarixində ilk dəfə ölkə kubokunda penalti seriyasından qalib ayrıldı. Əvvəlki dörd cəhdin hamısı uğursuzluqla nəticələnmişdi.
* MY 21-ci əsrdə ilk dəfə həm ölkə, həm də Liqa kubokunda finala adları. Mankunianlar fevralın 26-da Liqa kubokunun finalında “Nyukasl”a qalib gəlib (2:0). Klub sonuncu dəfə 1993/94 mövsümündə hər iki turnirin finalında oynayıb. Buna qədər isə 1983-cü ildə eyni nəticəni göstəriblər. Ancaq indiyə qədər hər iki titulu eyni ildə qazanmaq mümkün olmayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-10-2022, 18:0

Holann Aqueronun rekordunu təkrarladı

Dünya futbolu

7-05-2022, 23:0

"Mançester Yunayted" darmadağın oldu

Dünya futbolu

4-05-2022, 15:0

Ançelotti "Mançester Siti" tilsimini qıra bilmir

Dünya futbolu

29-05-2022, 09:0

İngiltərədə çıxış edən iki futbolçu "Milan"ın hədəfində

Çempionlar Liqası

5-05-2022, 01:0

"Real" Çempionlar Liqasının finalında "Liverpul"a rəqib oldu

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə