• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yuventus” KL-də çıxış edəcək, “Milan” tifozisi İbrahimoviçi təmtəraqla yola saldı – TURUN ŞƏRHİ

Dünya futbolu

7-06-2023, 21:0

İyunun 2-4-ü aralığında A seriyasında sonuncu - 38-ci turun oyunları keçirildi. Bununla da bu liqanın 2022/23 mövsümünə rəsmən yekun vuruldu. Amma İtaliya çempionatında bir məsələyə görə əlavə oyunun da həyəcanı yaşanacaq.

"Football-plus.az" xəbər verir ki, artıq 37-ci turdan sonra A seriyasında bu liqadan Çempionlar Liqasına (ÇL) ayrılan digər üç vəsiqənin sahibi müəyyənləşmişdi. Başqa sözlə, bu turnirdə iştirak uğrunda mübarizəyə yekun vurulmuşdu. Mövsümün sonuncudan əvvəlki turunda qeydə alınan nəticələrdən sonra İtaliyanı ÇL-də “Napoli”dən sonra “Latsio”, “İnter” və “Milan”ın təmsil edəcəyi rəsmiləşmişdi. Son tur hansı komandaların gümüş və bürünc mükafatçılar olacağı, Avropa Liqası (AL) və Konfrans Liqasına (KL) ayrılan vəsiqələrin necə bölüşdürüləcəyi baxımından əhəmiyyət daşıyırdı.
Finişə 5 tur qalmış çempion olan “Napoli” son oyunu doğma azarkeşləri qarşısında keçirdi. Rəqibin B seriyasına düşən “Sampdoriya” olması matçın ev sahiblərinin xeyrinə nəticələnəcəyini qaçılmaz edirdi. Cənublular genuyalıları iki cavabsız qolla məğlub etdilər. Final fitindən sonra tarixində 3-cü dəfə skudettonu qazanan Luçano Spallettinin komandasının təltifat mərasimi keçirildi.

Tura 2-ci yerdə başlayan “Latsio” azarkeşlərini növbəti dəfə sevindirdi. Paytaxt təmsilçisi səfərdə “Empoli”yə 2:0 hesabıyla qalib gəlməklə mövqeyini qorudu. Bu qələbə Mauritsio Sarrinin komandasının gümüş mükafatçı olduğunu rəsmiləşdirdi. Xatırladaq ki, qitənin ən nüfuzlu klub turnirində 3 ildən sonra oynayacaq “qartallar” A seriyasında sonuncu dəfə belə yüksək yeri 23 il əvvəl tutmuşdular. Onda paytaxt klubu skudettonu qazanmışdı.
“İnter” də mövsümü qələbə ilə başa vurdu. Simone İnzaqinin komandası səfərdə “Torino”ya minimal hesabla qalib gəldi. Bürünc mükafata sahib çıxan milanlılar ÇL-in “Mançester Siti” ilə iyunun 10-da keçiriləcək finalı ərəfəsində əhval-ruhiyyəni bir qədər də yüksəltdilər.

Milanın eyniadlı komandası da ÇL-in növbəti mövsümündə iştirakını rəsmiləşdirəndən sonra çempionatın son oyununda qalib gəldi. Amma “Verona” üzərindəki 3:1 hesablı qələbə son çempionun mükafatçılar sırasına düşməsinə imkan vermədi. Stefano Pyolinin komandası “İnter” Turində maksimum nəticəyə nail olduğu üçün bürünc medallara belə nail ola bilmədi. Matçın diqqəti daha çox cəlb edən məqamı isə final fitindən sonra İbrahimoviç üçün keçiriən tədbir oldu. Yerli tifozi parlaq karyerasını başa vuran 41 yaşlı hücumçunu təmtəraqla yola saldı: “Milan”ın azarkeşlərinin tribunalarda “Godbye” yazısını canlandırması xoş mənzərə formalaşdırmışdı. Onların ingilis sözləri olan “God” (Tanrı) və “Goodbye”ı (əlvida) birləşdirməklə Zlatanı yaşıl meydandan özünün də dediyi kimi, Tanrı qismində yola salmaq planı qeyri-adi idi...

Maraqlıdı ki, son tura cədvəlin ilk 7 pilləsində başlayan bütün komandalar qələbə qazandı. Bu isə o demək oldu ki, evdə debütant “Montsa”nı 5:2 hesabı ilə məğlub edən “Atalanta” və “Spetsiya”ya 2:1 hesabıyla qalib gələn “Roma” mövqeyini qorumaqla AL-ə vəsiqəni təmin etdi. Bu faktlar “Yuventus”un işinə yaramadı. Udinedə yeganə qolla qalib gələn ölkə nəhəngi avrokubokların növbəti mövsümündə yalnız KL-də oynaya biləcək. Əlbəttə, əvvəlki rəhbərliyin maliyyə saxtakarlığına görə 10 xaldan məhrum edilməsinin məşqçi və futbolçu heyətinin bütün zəhmətini heçə endirdiyini qeyd etməliyik. “Yuventus” əks halda mövsümü 3-cü yerdə başa vuracaqdı...

Son tur “Spetsiya” və “Verona” azarkeşləri üçün də böyük həyəcanla keçdi. Əvvəlki turda B seriyasına bu komandalardan birinin düşəcəyi dəqiqləşmişdi. Finiş ərəfəsində hərəyə 31 xal toplayan autsayderlərin uduzması vəziyyəti dəyişmədi. Reqlamentə əsasən, iyunun 11-də “Spetsiya” və “Verona” arasında keçiriləcək əlavə oyunda mövsümün 3-cü uğursuzu müəyyənləşəcək.

38-ci tur
Sassuolo – Fiorentina 1:3
Berardi, 70-p. – Kabral, 47. Saponara, 79. Qonsales, 83. (12456)
Fiorentina: Çerofolini, Terziç, Ranyeri, Lukas Martines, Dodo (Venuti, 73), Dunkan (Bonaventura, 58), Amrabat (Byanko, 82), Kastrovilli, Kuame (Qonsales, 57), İkone (Saponara, 73), Kabral.
Torino – İnter 0:1
Brozoviç, 37. (??????)
İnter: Handanoviç, A.Bastoni (Açerbi, 65), De Vrey, Darmian, Qosens (Bellanova, 74), Dyumfris, Çalhanoğlu (Barella, 55), Brozoviç, Qalyardini, Lautaro Martines (Ceko, 55), Lukaku.
Empoli – Latsio 0:2
Romanyoli, 48. Luis Alberto, 90+2. (?????)
Latsio: Provedel, Luka Pelleqrini, Romanyoli (Kazale, 71), Patrik, Hüsay, Luis Alberto, Vesino (Kataldi, 71), S.Milinkoviç-Saviç (Bertini, 90+3), Pedro (Zakkanyi, 63), Felipe Anderson, İmmobile.
Napoli – Sampdoriya 2:0
Osimhen, 64-p. Simeone, 85. (??????)
Napoli: Meret, Estiqor, Rrahmani, Di Lorentso, Ruy (Bereşinski, 77), Zyelinski (Qaetano, 68), Lobotka, Zambo Angissa (Demme, 80), Kvaratsxeliya, Elmas (Raspadori, 68), Osimhen (Simeone, 77).
Milan – Verona 3:1
Jiru, 45+1-p. Leao, 85; 90+1 – Faraoni, 72. (??????)
Milan: Menyan (Mirante, 89), Ernandes, Tomori, Tiav, Kalabriya (Florentsi, 84), Kruniç (Pobeqa, 71), Tonali, Leao, Dias (De Ketelare, 71), Messias (Salemakers, 85), Jiru.
Atalanta – Montsa 5:2
Koopmeyners, 12; 45+1; 79. Heylunn, 74. Muriel, 90+2 – Kolpani, 51. Petanya, 81. (????)
Atalanta: Sportyello (Rossi, 88), Skalvini (Okoli, 60), Cimşiti, Toloy, Zappakosta, Ederson (De Nipoti, 88), De Roon, Mehle, Koopmeyners, Paşaliç (Lukmen, 60), Heylunn (Muriel, 83).
Roma – Spetsiya 2:1
Zalevski, 43. Dibala, 90+1-p. – Nikolau, 6. (62242)
Roma: Svilar, Smollinq, Mançini (Viynaldum, 82), Çelik (Lyorente, 46), Bove (Matiç, 64), Zalevski, Kristante, Əl-Şaaravi, Lorentso Pelleqrini, Belotti (Abraham, 64/Spinatsola, 80), Dibala.
Udineze – Yuventus 0:1
Kyeza, 68.
Yuventus: Şçensnı, Danilo, Bonuççi (Ruqani, 90+4), Qatti, Kuadrado, Miretti (Di Mariya, 61), Lokatelli, Rabyo, Kostiç (Aylinq, 46), Kyeza (Paredes, 79), Milik (Ken, 79).
Kremoneze – Salernitana 2:0
Buonayuto, 26-p. Tsacut, 88.
Leççe – Bolonya 2:3
Banda, 17. Uden, 88 – Arnautoviç, 58. Zirkzee, 81. Ferqyuson, 90+6.

Yekun cədvəl
1. Napoli 38 28 6 4 77-28 90
2. Latsio 38 22 8 8 60-30 74
3. İnter 38 23 3 12 71-42 72
4. Milan 38 20 10 8 64-43 70
5. Atalanta 38 19 7 12 66-48 64
6. Roma 38 18 9 11 50-38 63
7. Yuventus (-10) 38 22 6 10 56-33 62
8. Fiorentina 38 15 11 12 53-43 56
9. Bolonya 38 14 12 12 53-49 54
10. Torino 38 14 11 13 42-41 53
11. Montsa 38 14 10 14 48-52 52
12. Udineze 38 11 13 14 47-48 46
13. Sassuolo 38 12 9 17 47-61 45
14. Empoli 38 10 13 15 37-49 43
15. Salernitana 38 9 15 14 48-62 42
16. Leççe 38 8 12 18 33-46 36
17. Spetsiya 38 6 13 19 31-62 31
18. Verona 38 7 10 21 31-59 31
19. Kremoneze 38 5 12 21 36-69 27
20. Sampdoriya 38 3 10 25 24-71 19
Bombardirlər: Osimhen (Napoli) - 26, Lautaro Martines (İnter) - 21, Dia (Salernitana) – 16, Leao (Milan) - 15, Lukmen (Atalanta), Jiru (Milan), Nzola (Spetsiya) - 13.

Turun rəqəmi
1 - “Napoli” - “Sampdoriya” matçında penalti ilə hesabı açan Osimhen bu mövsüm vurduğu qolların sayını 26-ya çatdırdı. 24 yaşlı nigeriyalı hücumçu A seriyasının 125 illik tarixinə bu liqanın ən yaxşı bombardiri olan ilk afrikalı futbolçu kimi düşdü. “Napoli”də üçüncü mövsümünü başa vuran Viktor İtaliya çempionatında qapılara 50 dəfə yol tapıb.

Turun ulduzu
Teun Koopmeyners (Atalanta) – niderlandlı yarımmüdafiəçi “Montsa” ilə matçda komandasının vacib qələbəsində (5:2) böyük rol oynadı. Koopmeyners nəticəyə 3 qol və Heylunna verdiyi məhsuldar ötürmə ilə təsir etdi.

Turun sitatı
Luçano Spalletti, “Napoli”nin baş məşqçisi: “İndi ayrılmaq kluba göstərilən əsl sevgidi. “Napoli”yə məndə olan hər şeyimi verdim. Artıq sevimli işimi davam etdirmək üçün gücüm qalmayıb. Hətta 10 ildən sonra Neapola qayıdaraq bu şəhərin bir çox sakini ilə dostluq edə biləcəyimi düşünmək mənim üçün xoşdu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-06-2023, 23:0

A seriyasında ya “Spetsiya” qalacaq, ya da “Verona” – TURUN ŞƏRHİ

Dünya futbolu / Maraqlı

11-04-2023, 10:0

“Napoli” İtaliyada daha dəyərli heyətə malikdi

Dünya futbolu

20-10-2022, 11:0

A seriyasında laureatlar mükafatlandırıldı

Dünya futbolu

10-05-2023, 16:0

Milan - Roma dueli 4:0 nəticələndi - TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 16:0

A Seriyasının 35-ci TURUNUN ŞƏRHİ

Aktual
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
Son xəbərlər
  • Bu gün, 15:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 232
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə