• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Milanlılar yenə şərikli liderdi - TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 20:0

A seriyasının 7-ci turunda diqqəti daha çox cəlb edən oyunlar şənbə günü keçirildi.

“Football-plus.az” xəbər verir ki, bu liqanı Çempionlar Liqasında (ÇL) təmsil edən 4 komanda meydana məhz həmin gün çıxdı. Onlardan ikisi bir-birinə qarşı oynadı. Qeydə alınan nəticələrdən sonra liderlər qrupunda vəziyyət dəyişmədi. Ona görə ki, həm “İnter”, həm də “Milan” qələbə qazandı. Başqa sözlə, milanlılar şərikli liderliyi davam etdirir.

Əvvəlki turun ev oyununda “Sassuolo”ya uduzan (1:2) “İnter” vahid liderliyi əldən vermişdi. Mövsümün əvvəlindən başlayan qələbə seriyası qırılan “qara-göylər” Salernodakı matça Lautaro Martinessiz çıxmışdılar. Simone İnzaqi komandanın əsas hücumçusuna ÇL-in “Benfika” ilə oyunu ərəfəsində az-çox istirahət verməyi lazım bilmişdi. Argentinalının yoxluğunda qapıya yol tapmaqda çox çətinlik çəkən milanlılar belə gedişlə növbəti dəfə büdrəyə bilərdilər. Lakin Lautaronun 2-ci hissədə meydana çıxması komandasının hücum xəttini sanki qəflət yuxusundan ayıltdı. Qonaqlar məhz onun fenomenal qol duyumu sayəsində 4:0 hesabıyla qalib gəldilər. “İnter” zirvədəki yerini qorudu.

Amma əzəli rəqib də qalib gəldiyindən İnzaqinin komandası vahid liderliyə nail ola bilmədi. “Milan”ın rəqibi olan “Latsio” hələ ki bu mövsüm qeyri-sabit komanda kimi xatırlanır. Romalılar ev sahiblərinin hücumlarına yalnız bir saat tab gətirə bildilər. Nəhayət, Pulişiç hesabı açdı. Onun kimi komandaya bu yay transfer olunan Okafor isə sona yaxın milanlıların qələbəsinə şübhə yeri qoymadı. Hər iki qolun ötürməsini verən Leaonun vacib oyunu yüksək səviyyədə keçirdiyini də bildirək. Stefano Pyolinin komandası “İnter” ilə daban-dabana irəliləyir.
“Napoli” mövsümün əvvəlində çox yaxşı təsir bağışlayan “Leççe”dən səfərdə 3 xal almaqda elə bir çətinlik çəkmədi. Əvvəlki turda çemionatdakı qələbəsiz oyunlar seriyasının 4-ə çatmasına imkan verməyən son çempion 4 cavabsıq qolla qalib gəldi. Rudi Qarsiyanın komandası inamlı qələbə ilə 5-ci yerdən 3-ə yüksəldi.

Çünki Berqamoda “Atalanta” ilə “Yuventus” arasında keçirilən oyunda hesab açılmadı. İki xal itkisi qonaq komandanın topların fərqinə əsasən bir pillə geriləməsini qaçılmaz etdi.

7-ci tur
Leççe – Napoli 0:4
Estiqor, 16. Osimhen, 51. Qaetano, 88. Politano, 90+5-p.
Napoli: Meret, Olivera, Natan, Estiqor, Di Lorentso, Zyelinski (Qaetano, 83), Lobotka (Kayuste, 75), Zambo Angissa, Kvaratsxeliya (Politano, 58), Lindstrem (Raspadori, 58), Simeone (Osimhen, 46).
Milan - Latsio 2:0
Pulişiç, 60. Okafor, 88.
Milan: Menyan, Ernandes, Tomori, Kyaer, Kalabriya (Florentsi, 70), Reynders, Adli (Pobeqa, 70), Loftus-Çik (Musa, 29), Leao, Pulişiç (Çukvueze, 82), Jiru (Okafor, 79).
Latsio: Provedel, Hüsay, A.Romanyoli, Kazale, Maruşiç, Luis Alberto, Rovella (Vesino), Genduzi (Kamada, 67), Zakkanyi (İsaksen, 82), Felipe Anderson (Pedro, 75), Kastelyanos (İmmobile, 75).
Salernitana - İnter 0:4
Martines, 62; 77; 85-p.; 89.
İnter: Zommer, De Vrey, Açerbi, Pavar, Auqusto, Klassen (Asllani, 54), Çalhanoğlu (Mxitaryan, 54), Barella (Aqume, 86), Dyumfris (Darmian, 79), Sançes (Martines, 54), Türam.
Atalanta - Yuventus 0:0
Atalanta: Musso, Skalvini (Kolaşinats, 65), Cimşiti, Toloy, Rucceri (Bakker, 86), Ederson, De Roon, Zappakosta (Holm, 82), Lukmen (Muriel, 65), Koopmeyners, De Ketelare (Paşaliç, 82).
Yuventus: Şçensnı, Danilo, Bremer (Ruqani, 84), Qatti, Makkenni (Vea, 84), Facoli (Miretti, 68), Lokatelli, Rabyo, Kambyaso (Kostiç, 68), Kyeza, Ken (Yıldız, 75).
Roma – Frozinone 2:0
Lukaku, 22. Lorentso Pelleqrini, 83.
Roma: Patrisio, Ndika, Kristante, Mançini, Spinatsola, Karsdorp (Kristensen, 70), Paredes, Bove, Lorentso Pelleqrini (Auar, 86), Dibala (Azmun, 90+1), Lukaku.
Bolonya - Empoli 3:0
Orsolini, 21; 66; 90+3.
Udineze - Cenoa 2:2
Lukka, 23. Matturro, 90+1-öz qapısına - Qudmundsson, 14; 41.
Torino – Verona 0:0
Sassuolo – Montsa 0:1
Kolombo, 66.
Fiorentina – Kalyari 3:0
Qonsales, 3. Dossena, 21-öz qapısına. Nzola, 90+4.

1. İnter 7 6 0 1 19-3 18
2. Milan 7 6 0 1 15-8 18
3. Napoli 7 4 2 1 16-6 14
4. Yuventus 7 4 2 1 12-6 14
5. Fiorentina 7 4 2 1 15-10 14
6. Atalanta 7 4 1 2 11-5 13
7. Leççe 7 3 2 2 8-9 11
8. Bolonya 7 2 4 1 6-4 10
9. Frozinone 7 2 3 2 9-10 9
10. Torino 7 2 3 2 6-7 9
11. Sassuolo 7 3 0 4 11-13 9
12. Montsa 7 2 3 2 5-7 9
13. Roma 7 2 2 3 15-11 8
14. Cenoa 7 2 2 3 10-11 8
15. Verona 7 2 2 3 4-6 8
16. Latsio 7 2 1 4 7-10 7
17. Udineze 7 0 4 3 4-12 4
18. Empoli 7 1 0 6 1-16 3
19. Salernitana 7 0 3 4 4-14 3
20. Kalyari 7 0 2 5 2-12 2
Bombardirlər: Martines (İnter) - 9, Osimhen (Napoli) - 5.
Növbəti turun oyunları oktyabrın 6-8-i aralığında keçiriləcək: Empoli – Udineze, Leççe – Sassuolo, İnter – Bolonya, Yuventus – Torino, Cenoa – Milan, Montsa – Salernitana, Frozinone – Verona, Latsio – Atalanta, Kalyari – Roma, Napoli – Fiorentina.

Turun rəqəmi
4 - Martines komandasının Salernoda büdrəməsinə imkan vermədi. “İnter”in 4 cavabsız qolla qalib gəldiyi matçda qolların hamısını 55-ci dəqiqədə meydana çıxan hücumçu vurdu. Mübarizəyə sonradan qoşulan və 27 dəqiqəyə poker edən dünya çempionu İtaliya çempionatında bu statistikanın aparıldığı 1994/95 mövsümündən sonra buna nail olan ilk futbolçudu.

Turun ulduzu
Lautaro Martines (İnter) – “Bolonya”nın “Empoli”ni 3:0 hesabıyla məğlub etdiyi oyunda bütün qolları vuran Rikkardo Orsolininin bəxti gətirmədi. Ona görə ki, turun ən yaxşı oyunçusu adına Martines daha layiq idi. Bu mövsüm qollarının sayını 9-a çatdıran Lautaro bombardirlər siyahısındakı liderliyini möhkəmləndirdi.

Turun sitatı
Joze Mourinyo, “Roma”nın baş məşqçisi: “Dibala cümə axşamı oynamayacaq. O, bu gün ən yüksək səviyyədə futbol sərgilədi. Mənə meydana çıxmaqda çətinlik çəkdiyini desəydi, ondan yararlanmazdım. Amma Paulo mənə fərqli fikir bildirdi. Bu gün qalib gəlməsəydik, Kolizey partlayardı. Bunun baş verməməsi üçün Dibalanı meydana buraxmışdım. Amma Avropa Liqasının növbəti oyununda görünməyəcək”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-04-2023, 21:0

Romalılar üçün düşərli tur – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2022, 19:0

Mövsümün sonunu gözləməyi lazım bilir

Dünya futbolu

6-09-2023, 21:0

Milanlılar zirvəyə sahib çıxdılar, “Roma” son 73 ildə belə zəif start götürməmişdi - TURUN ŞƏRHİ

Dünya futbolu

10-05-2023, 16:0

Milan - Roma dueli 4:0 nəticələndi - TURUN ŞƏRHİ

Dünya futbolu

18-05-2023, 15:0

“İnter” 13 ildən sonra ÇL-in finalında! - REPORTAJ

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 335
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə