27 dəqiqəyə poker etdi!

1.10.2023 21:30 184
Dünya futbolu
A seriyasının 7-ci turunun “Salernitana” ilə oyunu Lautaro Martines üçün əlamətdar olub.

“Football-plus.az” xəbər verir ki, onun formasını geydiyi “İnter” səfər matçında 4 cavabsız qolla qalib gəlib. Qollarını hamsını 55-ci dəqiqədə meydana daxil olan Martines vurub. 27 dəqiqəyə poker edən argentinalı hücumçu İtaliya çempionatında bu statistikanın aparıldığı 1994/95 mövsümündən sonra buna nail olan ilk futbolçudu.

Bu mövsüm qollarının sayını 9-a çatdıran Lautaro bombardirlərin siyahısındakı liderliyini möhkəmləndirib.