Bu haqda xəbəri ESPN yayıb. Elə həmin qaynağın informasiyasına görə, döyüş əvvəlcədən dekabrın 23-nə planlaşdırılsa da, Füri həmin vaxt hazır olmayacağını bildirib. Xatırladaq ki, bütün dünyanın maraqla gözlədiyi döyüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Ruyadda keçirilməlidi.
Füri oktyabrın 28-də keçirdiyi son döyüşdə Fransis Nqannuya qalib gəlib. Ancaq onu da vurğulayaq ki, Nqannu 3-cü raundda Fürini nokdauna salmışdı. Bu arada britaniyalı döyüşçü Nqannu ilə 2024-cü ildə bir daha üz-üzə gəlmək variantını istisna etməyib:
“Qulaq asın, əlbəttə, mən onunla daha bir döyüş keçirmək istəyərdim. Əminəm ki, Nqannunun da belə istəyi var. Ancaq əvvəlcə Usiklə hesablaşmalıyam. Ondan sonra Fransisə də növbə çatacaq”.






