Superağır çəkidə WBC çempionu Tayson Füri (33-0) növbəti dəfə eyni çəkidə WBA, IBF və WBO çempionu Aleksandr Usiklə (20-0) döyüş haqda danışıb:
“Məni indi Usik o qədər də həyəcanlandırmır, ona görə ki, əvvəlcə böyük Fransis Nqannu ilə hesablaşmalıyam. Onunla hesablaşmadan sağ-salamat ayrılandan sonra Donki Konq kimi oynayacağıq. Gödək Usiklə də hesablaşacam. Onu çiynimdən yağış kimi silib atacam. Döyüş gününə qədər 12 həftə məşq edəcəm. Adətən, cəmi 4 və ya 5 həftə məşq edirəm, ancaq bir il ara verdiyimdən çox məşq etməyə məcburam. Dörd həftə ərzində yalnız pəhriz hesabına 150 funt çəki atmışam”.
Füri ilə Usik ya dekabrın 23-də, ya da gələn ilin yanvarında Səudiyyə Ərəbistanında döyüşməlidi. Döyüşün günü Fürinin ağır çəkidə sabiq UFC çempionu Fransis Nqannu ilə duelindən sonra müəyyənləşəcək.