"Neftçi" Cəlilabadda sevindi

4.11.2023 17:53 229
İdman / Manşet
Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 2-ci turunun oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, ilk turda məğlub olan "Neftçi" səfərdə "Cəlilabad"a qalib gəlib.
Oyun qonaqların 90:56 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Cəlilabad"dan Rişon Conson (38 xal, 8 ribaund), "Neftçi"dən Maykl Karter (19 xal, 4 ribaund) olublar.

Qeyd edək ki, 2-ci turun son oyunu - "Şəki" - "Sərhədçi" qarşılaşması noyabrın 5-də baş tutacaq.