Ölkə çempionatının ilk turunun təqvimi

19.10.2023 11:13 230
İdman
Azərbaycan Basketbol Liqasının yeni mövsümünün 1-ci turunun təqvimi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, açılış oyunu oktyabrın 22-də "Sərhədçi” idman kompleksində baş tutacaq.

"Cəlilabad" "Sərhədçi" ilə qarşılaşacaq. Matça 19.30-da start veriləcək.

Turun digər matçlarının təqvimi aşağıdakı kimidir:

27 oktyabr
19.30 “Neftçi” – “Xəzri"

28 oktyabr
15.000 “NTD-İndiqo” – “Sumqayıt"
15.00 “Xırdalan” – “Şəki”

29 oktyabr
18.00 “Gəncə” – “Sabah"