Basketbol üzrə Azərbaycan kubokunda final oyunu keçirilir

26.03.2023 11:36 268
İdman
Basketbol üzrə Azərbaycan kubokunda finalçılar bəlli olub.

"Football-plus.az" xəbər verir ki, həlledici oyunda "Gəncə" və NTD klubları üz-üzə gələcəklər.

Qərb təmsilçisi yarımfinalda "Neftçi İK"nı mübarizədən kənarlaşdırıb. Sərhədçi İdman Mərkəzində keçirilmiş matçda gəncəlilər yerli oyunçularının dominant oyunu sayəsində 83:73 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular "Gəncə"dən Amil Həmzəyev (26 xal, 6 ribaund), "Neftçi İK"dan isə Yuriy Kondrakov (18 xal, 10 ribaund) olublar.

İkinci yarımfinal qarşılaşmasında NTD "AAAF Xırdalan"ı məğlub edib - 91:84. NTD-dən Londel Kinq (25 xal, 15 ribaund), "AAAF Xırdalan"dan isə BK" (Devin Pullum - 23 xal, 5 asist) ən məhsuldar oyunçular olublar.

Qeyd edək ki, bu gün keçiriləcək final oyunu saat 16.00-da start götürəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul