“Gəncə” öz meydanında qalib gəldi - Basketbol Liqası

11.03.2023 23:30 278
İdman
Azərbaycan Basketbol Liqasında 21-ci turun daha bir oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, “Gəncə” doğma azarkeşləri önündə “Sərhədçi”ni qəbul edib.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş ev sahiblərinin 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular “Gəncə”dən Kollin Törner (24 xal, 6 ribaund), “Sərhədçi”dən isə Maykl Diqqins (32 xal, 13 ribaund) olub.

Qeyd edək ki, 21 tura martın 12-də Şəkidə keçiriləcək “Olimpik Şəki” – “Sabah” oyunu ilə yekun vurulacaq.