"Sərhədçi" və "Sabah" qələbə qazandı

5.04.2023 10:00 270
İdman
Azərbaycan Basketbol Liqasında (ABL) 24-cü tura start verilib.

"Football-plus.az" xəbər verir ki, açılış oyununda "Sərhədçi" komandası region təmsilçisi "Olimpik Şəki" ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 94:91 hesablı çətin qələbəsi ilə başa çatıb.

Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Maksvel Starvud (35 xal, 7 ribaund), "Olimpik Şəki"dən isə Davante Kuper (29 xal, 5 ribaund) olub.

Günün ikinci matçı "Neftçi" və "Sabah" basketbolçuları arasında keçirilib. Qonaqlar rəqibinə 80:68 hesabı ilə qlaib gəliblər.

Ən məhsuldar basketbolçular "Neftçi"dən Mohsen Moradxani (23 xal, 16 ribaund), "Sabah"dan isə isə Kamran Məmmədov (19 xal, 7 ribaund) olub.

Qeyd edək ki, tura aprelin 5-də keçiriləcək "Zirvə Astara" - NTD və "AAAF Xırdalan" - "Gəncə" görüşləri ilə yekun vurulacaq

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul