• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempion ilk qələbəsini darmadağınla qazandı - REPORTAJ

Premyer-liqa / Reportaj

15-08-2023, 13:0

“Azərsun Arena”dakı oyunun çox çətin keçəcəyi bəlli idi. “Qarabağ” mövsümdə ilk qələbəsini qazanmalı, “Turan Tovuz” uğurlu startını davam etdirməli idi. “Köhlən atlar” aşkar favorit olsa da, tovuzlular da asan rəqib olmadığını həm ötən “futbol ili”nin sonlarında, həm də 1-ci turda “Araz-Naxçıvan”ı darmadağın edərək göstərmişdi.

Qonaqlar oyuna daha üstün başladı desək, yanılmarıq. Ayxan Abbasovun komandası bir neçə hücum cəhdi həyata keçirsə də, faydasız oldu. İlk təhlükəli vəziyyəti isə ağdamlılar yaratdı. Lakin komanda yoldaşları Diakabinin ötürməsini dəyərləndirə bilmədi. Ardından qonaqlardan Fərid Nəbiyev “çərçivə”ni dəqiq nişan ala bilmədi. Onun 15-ci dəqiqədə yerinə yetirdiyi cərimə zərbəsi də topun dirəyin yanından keçməsi ilə tamamlandı. Bundan sonra “köhlən atlar” hegomonluğu ələ aldı. Beləliklə, “Turan Tovuz”un qapısı qarşısında həyəcanlı anlar sıralandı. Aydın Bayramovun sayıqlığı dəfələrlə qonaqları yüzfaizlik qoldan xilas etdi. Ayxan Abbasovun komandası xüsusilə 25-ci dəqiqədən sonra, demək olar ki, topsuz qaldı. Nəticədə topa nəzarət “Qarabağ”da idi. Düzdü, ilk hücum cəhdləri uğursuz alındı. Xüsusilə Toral bir neçə dəfə komandasının əməyini puç etdi. Qurban Qurbanovun yetirmələri dinamik oyunun bəhrəsini 30-cu dəqiqədə gördü. Medvedevin cərimə meydançasına göndərdiyi topu Juninyo baş zərbəsi ilə tora qovuşdurdu. Hesabın açılması “Turan Tovuz”u daha cəsarətli çıxışa sövq etdi. Qonaqların meydandakı varlığı yalnız bundan sonra hiss olundu. Onlar bir neçə dəfə hesabı bərabərləşdirmək məqsədilə irəli atıldı. Amma Quqaşeşvalinin etibarlı oyunu buna imkan vermədi. Fərid Ottonun, Marandiçi isə Alexandronun ötürməsini “çərçivə”dən keçirə bilmədi. Bəhs edilən epizodlar Tovuz təmsilçinin ilk hissə üçün sonuncu şansları oldu. Beləliklə, “Qarabağ” paltardəyişmə otağına üstün yollandı.

İkinci hissədə qonaqlar rəqibin daha ağır təzyiqi ilə üzləşdi. “Köhlən atlar” var gücü ilə hücum edir, fəallaşan tovuzluların müqavimətini qırmağa çalışırdı. Aydın 49-cu dəqiqədə Patrikin qüvvətli zərbəsini dəf etməyi bacardı. Lakin irəliləyən dəqiqələr onun üçün xoş olmadı. “Boz qurd”un yorğunluğu açıq-aşkar hiss olunmağa başlamışdı. Bu ərəfədə Qurban Qurbanov Andrade, Zubir, Elvin “üçlüy”ünü meydana buraxdı. Düşünülmüş gedişin nəticəsi Ayxan Abbasovun komandası üçün çətin anlar yaşatdı. Cəmi 4 dəqiqə sonra Andradenin ötürməsi Zubirin, 7 dəqiqə sonra isə Zubirin ötürməsi Diakabinin qolu ilə nəticələndi – 3:0. Bundan sonra “Turan Tovuz” üçün hər şey dalana dirəndi. Diakabi Nərimanın 70-ci dəqiqə ötürdüyü topu “çərçivə”dən keçirə bilsəydi, fərq daha da artacaqdı. Lakin Aydının qurtarışı buna imkan vermədi. Qonaqların heç olmasa, bir qol axtarışı da faydasız oldu. Onlar 92-ci dəqiqədə sonuncu təhlükəli vəziyyəti yaratsalar da, Quqaşeşvali yerində idi. Hakimin final fiti “Qarabağ”ın yeni mövsümdəki ilk, özü də böyükhesablı qələbəsini rəsmiləşdirdi.

Gözdən qaçmadı
* İlk yarıda hava çox isti idi. Bunun futbolçulara mənfi təsiri açıq-aydın görünürdü.
* “İmarət Tayfa” kölgə olmayan sektorda sona qədər komandasını dəstəklədi.
* “Turan Tovuz”un ən böyük azarkeş qrupu “The Humans” da 120 azarkeşlə tribunada idi. Bakıda yaşayan təxminən 400 tovuzlu tərəfdar da stadiona gəlmişdi. Onlar bayram ab-havası yaratmışdı. Əldə etdiyimiz məlumata görə, Tovuz təmsilçisinin azarkeşləri daşıyan digər nəqliyyat vasitəsində nasazlıq olduğundan onlar Bakıya gəlməyib.
* “The Humans”ın üzvləri matç bitəndən sonra “Turan Tovuz” futbolçularının su içdiyi qabları meydandan yığıb zibil qutularına atdılar.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Reportaj / Çempionlar Liqası

20-07-2023, 13:0

"Qarabağ" darmadağınla Polşa çempionuna rəqib oldu - REPORTAJ

Ölkə kuboku / Reportaj

27-04-2023, 13:0

"Neftçi" 11-ci dəfə finala adladı! - REPORTAJ

Premyer-liqa / Reportaj

6-08-2023, 21:0

"Turan Tovuz" "Araz-Naxçıvan"ı "Dalğa"da batırdı

Premyer-liqa

20-02-2023, 10:0

“Turan Tovuz”dan ilklər

Ölkə futbolu / Manşet

19-05-2023, 14:0

“Qarabağ”ın yeganə rəqibi “Sabah” idi - TƏHLİL

Manşet / Yazarlar / Avrokuboklar

11-08-2023, 00:0

"Qarabağ" həyəcanlandırdı, "Sabah" sevindirdi, "Neftçi"nin işi Allaha qalıb

Aktual
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
Son xəbərlər
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
Daha çox
Oxunub: 220
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 138
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə