• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İşıqlı Tovuzda məhsuldar gecə - REPORTAJ

Premyer-liqa / Reportaj

22-10-2023, 11:0

Müstəqillik tarixində ilk yaşandı.

Nəhayət, Tovuzda axşam saatlarında oyun keçirildi. Stadionda anşlaq idi. Düzdü, protokolda azarkeşlərin sayı 6 min göstərilib. Lakin tribunalarda oturmayan, hətta media sektorunda dayanan çoxlu adam var idi.
Oyuna sürətli başlayan “Qarabağ” ilk dəqiqələrdən Tovuza qələbə arxasınca gəldiyini göstərdi. İlk təhlükləli vəziyyəti də ağdamlılar yaratdı. Sağ cinahda bir qədər irəliləyən Benzya qapı önünə asma etdi. Lakin Juninyonun başla zərbəsi üstən keçdi. Tovuzlular hücum qurmaqda çətinlik çəkirdi, xətlərarası əlaqə yox idi. Ən çox diqqəti çəkən məqam isə qolkiper Tərlanın inamsızlığı idi. 7-ci dəqiqədə Juninyo hesabı açdı. Zubirin ideal ara ötürməsindən sonra braziliyalı qapıya o qədər də qüvvətli zərbə endirmədi. Lakin Tərlan uşaqçasına topu əlindən buraxdı. Qoldan sonra tovuzlular özünə gəlməyə başladı. Ayxan Abbasovun komandası cinahlardan hücumlar qurmağa çalışırdı. Bəzən Marandiçi, bəzən də Faiq uzun ötürmələrlə Conu müdafiənin arxasına qaçmağa məcbur edirdi. 11-ci dəqiqədə afrikalı Mateusun səhvindən yararlana bilmədi. Onun zərbəsinin qarşısını Lunyov ala bildi. Zaman keçdikcə sürət artırdı, bu da tez-tez qayda pozuntularına səbəb olurdu. “Qarabağ” hücum qurmağa çalışır, tovuzlular isə rəqibi əks-hücumlarda tuturdu. 26-cı dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirməyə yaxın oldu. Marandiçinin sol cinahdan ötürməsini Sərtan başla qapıya göndərdi. Lakin bu zərbə Lunyov üçün o qədər də çətin olmadı. 34-cü dəqiqədə isə Fəridin təxminən 25 metrdən zərbəsinin qarşısını rusiyalı qapıçı çətinliklə ala bildi. İlk hissədə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişmədi.

2-ci hissə daha maraqlı keçdi. “Turan Tovuz” ilk hücumdaca hesabı bərabərləşdirdi. 46-cı dəqiqədə Xəyal meydanın mərkəzindən ideal ötürmə ilə Conu qapıçı ilə təkbəkək çıxartdı. Afrikalı əlində düşən fürsəti dəyərləndirə bildi. Bu, “boz qurd”un işıqlı stadionunda ilk qolu idi. Hesab bərabərləşəndən sonra tovuzlular hücumlarının kəsərini artırdı. 49-cu dəqiqədə “boz qurd” daha bir qol vurdu. Fəridin künc zərbəsindən ötürməsini Miller başla qapıya göndərdi. Lakin yan xətt hakiminin bayrağı qalxdı. Sən demə, Faiq Medinaya qarşı qaydanı pozubmuş. VAR-dan gələn təsdiqdən sonra qol qeydə alınmadı.
2 dəqiqə sonra isə “Qarabağ” qol vurdu. Nəriman sağ cinahdan reyd edərək qapı önünə ötürmə etdi. Juninyonun toxunuşundan sonra top Zubirin önünə düşdü, o da qapını dəqiq nişan aldı. Hakim mərkəzi göstərdi. Lakin media sektorundan açıq-aşkar görünürdü ki, Abdulla oyundankənar vəziyyətdədi. Yaxşı ki, VAR-ın müdaxiləsindən sonra qol ləğv olundu.

60-80-ci dəqiqələr aralığında “köhlən atlar” topa daha çox nəzarət edirdi. Benzya, Juninyo qol vurmağa yaxın olsa da, hər iki məqamda dəqiqlik çatmadı. Oyunun ən maraqlı anları isə son dəqiqələrdə yaşandı. 90-cı dəqiqədə “Qarabağ” hesabı öz xeyrinə dəyişdi. Meydana sonradan çıxan Keyta ilə Leandro komandasını önə keçirdi. Fransalının ötürməsini afrikalı qapıya göndərdi.
Lakin bu oyunda son qol olmadı. Tovuzlular məğlubiyyətlə barışmaq istəmirdi. 90+4-cü dəqiqədə oyuna sonradan qoşulan Ayxan möhtəşəm zərbə ilə hesabı bərabərləşdirdi. Həmin an Tovuz şəhər stadionudakı mənzərəni görmək lazım idi. Matçın əvvəllərində Ayxan Abbasovdan şikayətçi olan “boz qurd” tərəfdarları görüş bitən kimi onun adını çəkərək alqışlayırdı. Beləliklə, “Qarabağ” Leverkuzen səfəri ərəfəsində Tovuzda büdrədi.

İLKİN SULTANLI

Gözdən qaçmadı
* “Qarabağ” azarkeşləri oyun başlayandan 5 dəqiqə sonra öz yerlərini aldılar.
* İkinci hissədə azarkeşlər üç dəfə “Beladji, Beladji” deməklə Ayxan Abbasovdan hücumçunu meydana buraxmağı tələb etdilər.
* “Turan Tovuz”un qolu qayda pozuntusu iddiası ilə qeydə alınmadı. Bu zaman Ayxan Abbasovun köməkçilərindən biri epizodun təkrarını məşqçiyə göstərdi. Mütəxəssis baş hakimə “ay qardaş, VAR-a bax!” desə də, Fərid Hacıyev onu dinləmədi.

Paylaş:
Digər xəbərlər

Reportaj / Avropa Liqası

7-10-2023, 15:0

Ardıcıl 2-ci qələbə ilə pley-offa doğru! - REPORTAJ

Reportaj / Çempionlar Liqası

20-07-2023, 13:0

"Qarabağ" darmadağınla Polşa çempionuna rəqib oldu - REPORTAJ

Premyer-liqa / Manşet / Reportaj

27-09-2023, 21:0

“Sumqayıt” yenə qələbəyə həsrət qaldı - REPOTAJ

Premyer-liqa / Reportaj

19-09-2023, 14:0

Çempion “Sabah”a heç bir şans vermədi - REPORTAJ

Ölkə futbolu / Reportaj

2-09-2023, 16:0

“Turan Tovuz” Masazırda şou göstərdi - REPORTAJ

Çempionlar Liqası

13-07-2023, 15:0

“Cırtdan” “Qarabağ”ın əsəbləriylə oynadı - REPORTAJ

Aktual
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
Son xəbərlər
  • Bu gün, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Bu gün, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Bu gün, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Bu gün, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Bu gün, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Bu gün, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Bu gün, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Bu gün, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Bu gün, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Bu gün, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Bu gün, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Dünən, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Dünən, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Dünən, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Dünən, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Dünən, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Dünən, 10:00
    Vlahoviç hara gedir?
Daha çox
Oxunub: 656
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 238
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 215
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 212
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə