Avstraliya 2034-cü ildə keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququ uğrunda mübarizədən kənara çəkilib.
"Football-plus.az" xəbər verir ki, bu ölkənin futbol federasiyasının rəhbərliyi nəhəng turnirə evsahibliyi etmək üçün ərizə verməmək qərarına gəlib. Qurumun rəsmi saytında verilən məlumatda DÇ-2034-ün təşkili üçün ərizə təqdim etmək imkanlarının araşdırıldığı və bütün amillər nəzərə alınaraq mundial üçün mübarizə aparmamaq qərarına gəlindiyi bildirilib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı bir müddət əvvəl DÇ-2034-ə evsahibliyi etmək üçün FİFA-ya ərizə təqdim edib. Yeri gəlmişkən, DÇ-2026 ABŞ, Kanada və Meksikada, DÇ-2030 isə Uruqvay, Argentina, Paraqvay, Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək.