Klublararası dünya çempionatı harda keçiriləcək?

15.02.2023 12:06 307
DÇ 2026
2023-cü ilin dekabrında keçiriləcək klublararası dünya çempionatının yeri müəyyənləşib.

Football-plus.az xəbər verir ki, FIFA turnir təşkilatçılığını Səudiyyə Ərəbistanına həvalə edib.

Adıçəkilən ölkə XXI əsrdə ilk dəfə irimiqyaslı turnirə ev sahibliyi edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2030-cu ildə baş tutacaq dünya çempionatına ev sahibliyi etmək iddiasındadır. Ölkə rəhbərliyi Yunanıstan və Misirlə birgə ərizə verməyi planlaşdırır.