4 ölkə birgə dünya çempionatına ev sahibliyi etmək istəyir

11.02.2023 20:02 394
DÇ 2026
Argentina, Uruqvay, Çili və Paraqvay futbol üzrə 2030-cu il dünya çempionatına birgə evsahibliyi üçün FIFA-ya müraciət edib.

Football-plus.az xəbər verir ki, Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia qurumun rəsmi saytına açıqlama verib.

O bildirib ki, bu, dörd ölkənin tarixi üçün çox önəmli hadisədi:

"Biz yüzillik yubileyində mundiala yenidən evsahibliyi etməyi arzulayırıq. Hamımız çox həvəsliyik. Biz futbol üçün yaşayırıq. Bilirik ki, bu çox böyük öhdəlikdi. Argentina, Uruqvay, Paraqvay və Çilinin 2030-cu ildəki dünya çempionatını keçirmək üçün uyğun seçim olduğunu bütün dünyaya sübut etməliyik".

Qeyd edək ki, tarixdə ilk dünya çempionatı 1930-cu ildə Uruqvayda keçirilib.