CAS Halepin apellyasiyasını qəbul etdi

30.10.2023 17:10 204
İdman
Rumıniyalı tennisçi Simona Halepin Tennisdə təmizliyin təmin olunması üzrə Beynəlxalq Agentliyin (ITIA) onu antidopinq qaydalarının pozulmasına görə 4 illiyə cəzalandırmaq qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) ünvanladığı apellyasiya ərizəsi qeydiyyata alınıb.

İdman Arbitraj Məhkəməsinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:

“CAS arbitraj araşdırmasına başlayıb. Davranış məcəlləsinə uyğun olaraq, tərəflər yazılı bildirişlər verir, həmçinin bu məsələ ilə bağlı qərar verəcək hakimlər kollegiyası formalaşır”.

Xatırladaq ki, ITIA sentyabrın 12-də rumıniyalı tennisçini antidopinq qaydalarını pozduğuna görə 2026-cı ilin oktyabrına qədər cəzalandırıb. Xanım tennisçi iki bənd üzrə ittiham olunur: ötənilki “US Open”dən sonra dopinq-test analizinin müsbət nəticələnməsinə və bioloji pasportundakı pozuntuya görə. Sentyabrın 22-də isə Halep cəzalanmasına səbəb olan bioəlavəni istehsal edən şirkəti məhkəməyə verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul