• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Serena “Uimbldon”dakı qələbəni Halepdən qoparmaq istəyir

İdman

18-09-2023, 20:0

Qəzetimizin ötən sayında Tennisdə təmizliyin təmin olunması üzrə Beynəlxalq Agentliyin (ITIA) Simona Halepi cəzalandırdığını xəbər vermişdik.

“Football-plus.az” xəbər verir ki, rumıniyalı tennisçinin qan posportunda yol verdiyi qayda pozuntusuna və dopinq-test zamanı qanında roksadustat aşkarlandığına görə 4 illiyə yarışlardan kənarlaşdırılması bütün dünyanın diqqətini çəkib. 2026-cı il oktyabrın 6-na qədər yarışlarıda iştirak haqqını itirən Halep sosial şəbəkə hesabında qərara belə reaksiya verib: “Son il həyatımda ən ağır il olub və təəssüf ki, mübarizəm davam edir. Həyatımı bu gözəl oyuna – tennisə həsr etmişəm. Bu idman növünü tənzimləyən qaydalara çox ciddi yanaşıram, heç vaxt heç bir yasaq preparatdan qəsdən yararlanmamağımla qürur duyuram. Qurumun 4 illik diskvalifikasiya qərarını qəbul etməkdən imtina edirəm”.

31 yaşlı tennisçi yuxarıda adı çəkilən qurumun, nəhayət, onun məsələsi ilə bağlı qərar verməsinə görə sevinir: “Çoxsaylı və əsaslandırılmayan yubanmalardan sonra, heç olmasa, hansısa qərar verildiyinə görə minnətdaram. Ancaq eyni zamanda, bu qərara görə məyusam və şokdayam. İdmanın təmizliyinə inanıram, peşəkar tennisçi kimi iki onillik ərzində yasaq preparatlarla bağlı 200-ə yaxın qan və sidik analizi vermişəm. Ötən il avqustun 29-na qədər bunlar hamısı təmiz çıxıb. Hard mövsümü ərəfəsində etibarlı komandamın və fizioterapevtin məsləhəti ilə qida əlavələrində düzəliş etdim. Onların heç birinin tərkibində yasaq maddələr yox idi, amcaq indi biz bilirik ki, birində roksadustat olub. Müsbət nəticələnən ilk testdən sonra 2023-cü ilin əvvəlinə qədər, demək olar ki, hər həftə analiz vermişəm və onlar hamısı mənfi nəticələnib. Məşqləri davam etdirirəm. Gücüm daxilində olan hər şeyi edirəm ki, adımı bu saxta ittihamlardan təmizləyim və korta qayıdım. Bu qərardan İdman Arbitraj Məhkəməsinə şikayət edəcəm, qida əlavəsinin istehsalçısı olan şirkətə qarşı bütün hüquqi müdafiə vasitələrindən yararlanacam”.

İş ondadı ki, Halepin cəzalanmasına görə ən çox sevinənlərdən biri Serena Uilyamsdı. Amerikalı tennisçinin rumın həmkarı ilə öz haqq-hesabı var. Və bu ədavətin kökləri 2019-cu ilə gedib çıxır. Həmin ilin yayında Serena “Uimbldon” turnirində 8-ci qələbəyə doğru addımlayırdı. Ancaq Simona finalda onu, sadəcə, darmadağın etdi - 6:2, 6:2. Uilyams “Böyük dəbilqə” turnirlərində titul oyunlarında heç vaxt bundan daha acı məğlubiyyətlə üzləşməyib. Halepin cəzalanmasından xəbər tutan amerikalı sosial şəbəkədə belə yazıb: “8 daha münasib rəqəmdi”. “Uimbldon”un yeddiqat qalibinin nəyə işarə vurduğu aydındı.

İş hələ qapanmayıb
Ancaq Serenanın Simonaya qarşı indiki kampaniyası çox qəribə görünür. Hazırda, ümumiyyətlə, Halepin “Uimbldon-2019”dakı qələbədən və ya başqa bir tituldan məhrum olunacağı ilə bağlı heç bir əlamət yoxdu. Rumıniyalının ötən ilin payızında “US Open”də verdiyi dopinq-test zamanı roksadustat aşkarlanıb. O, həmin turnirin elə ilk mərhələsində WTA reytinqində 124-cü pillədə qərarlaşan Darya Snequra uduzmaqla mübarizəni dayandırmışdı. Halep ondan sonra bir daha rəsmi oyunlarda korta çıxmayıb.
Və ola bilər ki, bundan sonra heç çıxmasın da. 31 yaşlı idmançı üçün 4 illik qadağa karyerasını bitirməsi deməkdi. Hərçənd Simona günahsızlığını sübut etməyə iddialıdı. Rumıniyalının məsələsinə İdman Arbitraj Məhkəməsində baxılacaq. Maraqlıdı, Simona bəraət alarsa, Serenanın hansısa paylaşım etməyə üzü gələcəkmi? Hərçənd bu halda da Uilyamsın üzr istəməli bir qəbahəti yoxdu. Axı o, konkret nəsə yazmayıb, sadəcə, Haleplə bağlı xəbərlərin altında “bəyənmə” işarəsi qoyub və ya nəyəsə işarə edib.

Eyni məşqçi
Bəlkə də Serena bu yolla vaxtilə 10 il birgə çalışdığı, ona “Böyük dəbilqə” seriyalı 10 turnir qazanmaqda yardım edən sabiq məşqçisi Patrik Muratoğlunu “sancmağa” çalışır. Onların müttəfiqliyinə 2021-ci ildə keçirilən “Uimbldon” turnirində son qoyuldu. Həmin vaxt Serena zədə üzündən 1-ci mərhələnin oyununu davam etdirə bilməmişdi. Muratoğlu isə ayrılığın ardından belə demişdi: “Serena birgə işimizdə pauza götürəndən sonra yaxınlarıma etiraf etdim ki, məşqçi işim bitdi. Ən güclü tərəflərimdən birinin işimə böyük entuziazmla yanaşmaq olduğunu bilirdim. Bu ehtiras olmadan yaxşı məşqçi ola bilmərəm. Hiss etdim ki, həmin ehtirası itirmişəm”.
Ancaq fransalı mütəxəssis yenidən məşqçi kimi çalışmaq üçün özündə güc tapdı və Simona Haleplə alyans yaratdı. Rumıniyalının WTA-nın rəsmi saytındakı profaylında şəxsi məşqçisi kimi məhz Muratoğlu göstərilib. Patrik indiki durumda Simonanı müdafiə edir və onun günahsızlığına əmindi: “ITIA-nın Simonun işi ilə bağlı belə qərar qəbul etməsinə inana bilmirəm. Tennisçilərə ədalətli yanaşmalı və həqiqəti üzə çıxarmalı olan bu qurumun metodlarından və davranışından əvvəllər olduğu kimi, yenə də şoka düşmüşəm. Nə demək istəyirəm? Simonanın təmiz olduğuna əminəm, onun heç vaxt yasaq preparat qəbul etməməsi ilə bağlı şübhəm yoxdu. Onunla birgə iki gün dinləmələrdə iştirak etdim, tribunalın eşitdiyim sübutlar və dəlillər əsasında belə qərar qəbul etdiyinə inana bilmirəm. Simonaya münasibətdə tam ədalətsiz bir proses aparılıb. Ümid edirəm ki, Simona bu qərardan İdman Arbitraj Məhkəməsinə - ITIA-nın nəzarəti altında olmayan yeganə tribunala şikayət edəcək. ITIA-nın Simonanın işində həqiqətin köklərinə çatmağa cəhd etdiyinə inanmıram, hesab edirəm ki, qurum ona münasibətdə yolverilməz şəkildə davranıb. İnanıram ki, WTA və ATP günahsız adamların karyerasını darmadağın edən sistemi dəyişmək üçün mümkün olan hər şeyi edəcək”.

İş ondadı ki, indiki durum Serenanın özünün üzərinə də kölgə salır. Axı qadın tennisçilər arasında Muratoğlunun iş metodlarını ondan yaxşı bilən yoxdu. Bəs indi niyə amerikalı çoxillik dostuna və məşqçisinə inanmır? Və ya bu yolla şübhələri öz üzərindən uzaqlaşdırmağa çalışır?

Paylaş:
Digər xəbərlər

İdman

7-12-2022, 11:0

Halep ədalət istəyir

İdman

27-10-2022, 10:0

Halep dopinqə görə cəzalandı

İdman

4-12-2022, 21:0

Verdasko yarışlardan kənarlaşdırıldı

İdman

22-07-2022, 20:0

Məşhur tennisçi danışılmış oyunlara qurban getdi

İdman

26-08-2022, 18:0

Daha bir tennisçi çəkildi

Aktual
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
“Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Son xəbərlər
  • Bu gün, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Bu gün, 18:52
    "Şəfa"dan yeni transfer
  • Bu gün, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Bu gün, 18:00
    Yenidən Fransada işləyəcək
  • Bu gün, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 16:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Bu gün, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Bu gün, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Bu gün, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Bu gün, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Bu gün, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Bu gün, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
  • Bu gün, 12:55
    Fransadan Portuqaliyaya yollandı
  • Bu gün, 12:24
    Bütün oyunçuları arxada qoydu
  • Bu gün, 11:53
    Dünya çempionatının rekordunu təkrarladı
  • Bu gün, 11:22
    Milana Rəhimova Latviya klubunda
  • Bu gün, 10:52
    Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
  • Bu gün, 10:31
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 10:00
    Mbappe rekordlardan doymur
  • Bu gün, 09:40
    Yarımfinal: Fransa - Ispaniya, Ingiltərə - Argentina
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 158
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 138
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 136
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə