Qurumdan bildirilir ki, 39 yaşlı idmançının dopinq nümunəsində metilfenidat aşkarlanıb. Verdasko onu da etiraf edib ki, diqqət və hiperaktivlik çatışmazlığına görə həkimi yazdığı preparatı qəbul edib. Agentlik isə onun etirafını yüksək qiymətlənirib:
“ITIA qəbul edir ki, tennisçinin fırıldaqçılıq niyyəti olmayıb, qaydaları qəsdən pozmayıb”.
Bu üzdən qurum Verdaskonun uzaqlaşdırılma müddətini iki ildən iki aya endirib və ispan tennisçi artıq yanvarın 8-dən etibarən yarışlara qatıla bilər.

