1-ci liqada mübarizə aparan "İmişli" mövsümdə 2-ci ("İrəvan"la 5-ci turun oyununa görə verilən texniki qələbəni nəzərə almasaq) qələbəsini səfərdə "Difai Ağsu" üzərində qazandı.
Son 3:0-ın sayəsində 4-cü pilləyə yüksələn klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlov bunları dedi:
"Qələbə qazandıq. Sevindirici haldı, amma düşünürəm ki, daha yaxşı oynamaq potensialımız var. Növbəti turlarda komanda oyun planında daha da “artırmalıdı”. Heyətdə zədəli oyunçular var, Ağsu səfəri zamanı bəzi oyunçularımız sıradan çıxdı. Bunun da qazonun vəziyyətiylə bağlı olduğu qənaətindəyəm. Hakimlikdən də narazıyıq. Hər oyunda əlehimizə bir-iki qərəzli qərar görürük. İnanıram ki, belə haqsızlıqlar qarşıdakı turlarda aradan qalxacaq".
ABDULLA İSMAYILOĞLU