“Şaxtyor” artıq 2-ci turda ilk xal itkisi ilə üzləşdi.
"Football-plus.az" xəbər verir ki, oyuna inamlı başlayan, rəqib qapısına onlarla zərbə vuran Donetsk klubu hissənin sonunda hesabı aça bildi. İlk uzatma dəqiqəsində Matviyenko fərqləndi. Amma cəmi 1 dəqiqə sonra meydanın mərkəzində Yaqoya qarşı kobud oynayan Bondarenko “Şaxtyor”u azlıqda qoydu. Təbii ki, bu məqam oyunun sonrakı axarını müəyyənləşdirdi. Üstəlik fasilədə əvəzlənməsini istəyən Zubkovun meydandan ayrılması qonaqların hücum potensialını zəiflətdi. 2-ci hissənin intriqası sadə idi – “Şaxtyor” qələbə hesabını qoruya biləcəkmi? 62-ci dəqiqədə bu suala mənfi cavab verildi. Künc zərbəsinin ardından uzaq dirək önündə tək qalan Şevçenko bərabərlik qolunu vurdu.
2-ci turun oyunları
Veres – Şaxtyor 1:1
Şevçenko, 62 – Matviyenko, 45.
Şaxtyor: Riznık, Kozik, Matviyenko, Qoçoleyşvili (Farina, 46), Krıskiv (Kastilyo, 84), Bondarenko, Zubkov (Oçeretko, 46), Traore (Pedrinyo, 84), Topalov, Sikan, Kaşuk (Vyunnik, 58).