• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Milan” ÇL tarixinə düşdü, “Borussiya” “sağsağanlar”ı cəzalandırdı

Çempionlar Liqası

29-10-2023, 17:0

F qrupu
PSJ – Milan 3:0 (1:0)
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi (Mukiele, 90+3), Markinyos, Şkrinyar, L.Ernandes, Zair-Emeri, Uqarte (Ruis, 71), Vitinya, Dembele (Li Kan İn, 71), Kolo Muani (Ramuş, 82), Mbappe.
Milan (İtaliya): Menyan, Kalulu, Tiav (Kalabriya, 46), Tomori (Kyer, 90), T.Ernandes, Musa (Pobeqa, 77), Kruniç (Adli, 77), Reynders, Pulişiç, Jiru, Leao.
Qollar: Mbappe, 32 (1:0). Kolo Muani, 53 (2:0). Li Kan İn, 89 (3:0).
Vərəqələr: Tiav, 4. Kruniç, 7. Hakimi, 16. Dembele, 44. Tomori, 61. Kalulu, 62 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
25 oktyabr. Paris. 45962 tamaşaçı.

oyunun statistikası
13 (7) qapıya (“çərçivə”yə) zərbə 11 (4)
7 künc zərbəsi 7
3 ofsayd 0
17 qayda pozuntusu 11
2 (0) sarı (qırmızı) vərəqə 4 (0)
57 topa sahibolma (faizlə) 43

İlk yarıda rəqibi bütün oyun komponentlərində üstəyələn PSJ cəmi bir qol vura bildi. Təbii ki, “Milan” 2-ci hissədə açıq oyuna can atacaqdı. Həqiqətən də fasilədən sonra meydanda daha çox boş zonalar yarandı. Müdafiənu unudan “qırmızı-qaralar”ın səhvləri artdı ki, PSJ onları buna görə cəzalandırdı. Dembelenin hissənin əvvəlində vurduğu qol Uqartenin hücumun gedişindəki kobudluğuna görə sayılmasa da, 53-cü dəqiqədə hakimlər də “Milan”ı xilas edə bilmədi. Parislilər künc zərbəsini cəld yerinə yetirdi, Kolo Muani “yuxulayan” müdafiəçilərdən müqavimət görmədən fərqi artırdı. Qonaqlar isə bütün hissə boyunca yalnız bir təhlükəli vəziyyət yaratdı ki, onda da Juru qapıya iti bucaq altında zərbə vurdu. PSJ bir neçə dəfə fərqi darmadağın həddinə çatdıra bilərdi. Müdafiəçilər Mbappe ilə heç cür bacarmırdı. Ancaq ulduz forvard bir daha fərqlənə bilmədi. Əvəzində bir neçə ay əvvəl “Malyorka”nı PSJ-yə dəyişən koreyalı Li Kan İn yeni komandasında qol hesabını açdı. ÇL-in yarımfinalçısı üzərindəki darmadağın parisliləri zirvəyə daşıdı.

Nyukasl – Borussiya D 0:1 (0:1)
Nyukasl (İngiltərə): Poup, Trippyer, Lassels, Şer, Bern (Tarqett, 70), Lonqstaff (Tonali, 65). Gimarayns, Joelinton (Merfi, 65/Uillok, 70), Almiron, İsak (Uilson, 15), Qordon.
Borussiya (Dortmund, Almaniya): Kobel, Volf, Hummels, Şlotterbek, Bensebayni, Zabitser, Can (Özkan, 43), Nmeça (Reyna, 79), Roys (Adeyemi, 63), Füllkruq (Aller, 79), Malen (Zyule, 79).
ittens, 72), Füllkruq (Mukoko, 85).
Qol: Nmeça, 45.
Vərəqələr: Volf, 35. Gimaraynş, 79 – sarı.
Hakim: Soareş Diaş (Portuqaliya).
25 oktyabr. Nyukasl-apon-Tayn. 52024 tamaşaçı.
oyunun statistikası
13 (4) qapıya (“çərçivə”yə) zərbə 12 (5)
11 künc zərbəsi 9
1 ofsayd 1
8 qayda pozuntusu 15
1 (0) sarı (qırmızı) vərəqə 1 (0)
59 topa sahibolma (faizlə) 41
“Borussiya” İngiltərədən pley-offa çıxmaq baxımından çox vacib 3 xal apardı. İlk yarıda “sağsağanlar”ın əl-qol açmasına imkan verməyən qonaqlar bir neçə əks-hücum qurdu və fasilə ərəfəsində hesabı açdı. Dortmundular fasilədən sonra artıq qapının toxunulmazlığını təmin etməyə çalışdı. Poup işsiz qalmışdı, əvəzində Kobel Uilsonun çox təhlükəli zərbəsini dəf etməli oldu. Sonda meydan sahibləri qısa zaman kəsiyində iki dəfə qapı çatını silkələdi. Əvvəlcə Uilson, ardından Qordon topu tirə vurdu. Hansısa mənada “Borussiya”nın bəxti gətirdi. Ancaq futbolun yazılmayan qanunlarından biri də budu ki, oyun yaddan çıxır, tarixdə nəticə qalır.
1. PSJ 3 2 0 1 6-4 6
2. Borussiya D 2 1 1 1 1-2 4
3. Nyukasl 3 1 1 1 4-2 4
4. Milan 3 0 2 1 0-3 2
7 noyabr: Borussiya D – Nyukasl, Milan – PSJ.

Oyundan sonra...
Luis Enrike, PSJ-nin baş məşqçisi: “Milan” ilk 25 dəqiqədə yaxşı oynadı. Ancaq qol oyunun axarını dəyişdi. Çox sevinirəm. Oyunçulara dedim ki, əvvəldə top itirirdik, bu isə özünəinamın azlığına işarədi. Ancaq müdafiədə yaxşı oynadıq, səhvləri düzəltdik, topa nəzarət etməyə başladıq. Komanda kimi oynayırıq, birlikdə hücum etməli və birlikdə müdafiə olunmalıyıq”.
Stefano Pioli, “Milan”ın baş məşqçisi: “Ağır nəticədi, daha yaxşı oynamalıydıq. İlk yarıda yaxşı təsir bağışladıq, ikincidə isə hədsiz çox səhvə yol verdik. 2-ci qolu buraxdığımız epizodda pis oynadıq. Düşünmürəm ki, problem topa nəzarətlə bağlı idi. Onlar güclü pressinq tətbiq etməklə bizi oyunun müəyyən bölümlərində cəzalandırdılar. Narahatammı? Bəli. Bəzi şeyləri düzəltməliyik. Qrup mərhələsi hələ bitməyib, hədəfə çata bilərik. İlk 60 dəqiqədə əla oynadıq, hətta PSJ-dən də yaxşı. 2-ci qolu buraxandan sonra bir məqam oldu ki, oyuna nəzarəti itirdik, ardından yenidən təşəbbüsü ələ keçirdik. Nəticə məyus edir, ona görə ki, vacib oyun idi”.
Eddi Hau, “Nyukasl”ın baş məşqçisi: “İkinci hissədə daha yaxşı oynadıq, ancaq top inadla qapıya getmək istəmirdi. Top-komandalarla oynadığımızı unutmamalıyıq. Səhv edən kimi səni cəzalandırırlar. Çətin olacaq, ancaq biz Çempionlar Liqasındayıq, burda heç nə asan başa gəlmir. Düşünmürəm ki, “Borussiya” ilə oyunda məğlubiyyətə layiq idik”.
Edin Terziç, “Borussiya”nın baş məşqçisi: “İlk yarını fantastik keçirdik, belə oyunla qələbəyə layiq idik. Fasilədən sonra isə hesabı qorumaq üçün oynadıq. Çoxlu güc sərf etdik, böyük həvəslə oynadıq, evə qələbə ilə dönmək üçün bütün gücümüzü ortaya qoyduq. Zabitser topla qeyri-adi işlər görür, hətta deməzsən ki, zədədən dönüb. “Nyukasl”ın oyun üslubunu öyrənmişdik, Zabitserə top saxlamağı tapşırmışdıq”.

Faktlar
* Mbappe ÇL-də ardıcıl 8 ev oyununda fərqlənən ilk fransalı futbolçu oldu. O, bu göstəricidə 2021-in martından 2022-ci ili fevralına qədər “Arsenal”ın qitənin ən nüfuzlu klub turnirində keçirdiyi ev oyunlarında fərqlənən Tyerri Anrini arxada qoydu.
* Mbappe ardıcıl 4-cü oyunda fərqləndi. 24 yaşlı futbolçu klubun və yığmanın heyətində keçirdiyi son 4 oyunda 5 qol vurub. Buna qədər Niderlandla oyunda (2:1) dubl etmiş, Şotlandiya (4:1) və “Strasbur”un (3:0) qapısına da yol tapmışdı. Mbappe bu müddətdə həmçinin hesabına iki məhsuldar ötürmə yazıb. Fransalı ulduz ÇL-də keçirdiyi 64 oyunda 65 məhsuldar hərəkət edib: 42 qol, 23 ötürmə. Mbappenin turnirdə debüt etdiyi 2016-cı ildən bəri yalnız bir futbolçu – Levandovski (70) məhsuldarlıq baxımından onu qabaqlayır.
* Zair-Emeri 21-ci əsrdə ÇL-in bir oyununda iki məhsuldar ötürmə verən ən gənc futbolçudu. PSJ-nin xavbeki “Milan”la oyuna çıxarkən 17 yaş 231 günlük idi.
* “Milan”ın start heyətinə italiyalı futbolçu salınmamışdı. Bu isə klubun ÇL-də iştirak tarixində bir ilkdi. PSJ-yə qarşı ilk dəqiqələrdən 4 fransalı, 2 amerikalı, almaniyalı, ingiltərəli, bosniyalı, niderlandlı və portuqaliyalı oynadı.
* Pioli “Milan”ın baş məşqçisi kimi 200-cü oyununu keçirdi. Ona qədər bu komandanın “sükanı arxasında” göstərilən həddə yalnız 5 məşqçi çatmışdı: Arriqo Sakki (220), Nils Lidholm (277), Fabio Kapello (300), Nereo Rokko (339), Karlo Ançelotti (420). 2019-un oktyabrından bəri “Milan”a rəhbərlik edən Pioli bu müddətdə 200 oyunun 111-də qələbə qazanıb.
* “Milan” ardıcıl 5-ci ÇL oyununda qol vura bilmədi. İtaliya klubu cari mövsümdə buna qədər “Borussiya” və “Nyukasl” ilə qolsuz heç-heçəyə razılaşmışdı. Ötən mövsüm isə “İnter”lə yarımfinaı oyunlarının heç birində (0:2, 0:1) qol vurmaq mümkün olmamışdı. Beləliklə, “Milan” ÇL tarixinə ardıcıl 5 oyunda qol vura bilməyən ilk İtaliya təmsilçisi kimi düşdü.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

21-09-2023, 22:0

PSJ inamlı qələbə qazandı, “sağsağanlar” Milandan xalla döndü - REPORTAJ

Çempionlar Liqası

8-10-2023, 18:0

“Sağsağanlar” PSJ-ni şoka saldı - TƏHLİL

Dünya futbolu

18-05-2023, 15:0

“İnter” 13 ildən sonra ÇL-in finalında! - REPORTAJ

Dünya futbolu / Reportaj

17-04-2023, 22:0

“Milan”dan minimal hesablı qələbə - REPORTAJ

Dünya futbolu

20-10-2022, 11:0

A seriyasında laureatlar mükafatlandırıldı

Dünya futbolu

15-02-2023, 23:0

Kolo-Muani Avropanın top-klublarının hədəfində

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 327
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə