• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnter” 13 ildən sonra ÇL-in finalında! - REPORTAJ

Dünya futbolu

18-05-2023, 15:0

İnter - Milan 1:0 (0:0)

İnter (Milan, İtaliya): Onana, Bastoni, Açerbi, Darmian, Dimarko (Qosens, 66), Dyumfris, Barella (Qalyardini, 85), Mxitaryan (Brozoviç, 44), Çalhanoğlu, Martines (Korrea, 84), Ceko (Lukaku, 66).
Milan (İtaliya): Menyan, Ernandes, Tiav (Kalulu, 64), Tomori, Kalabriya, Tonali, Kruniç, Messias (Salemakers, 76), Dias (Orici, 76), Leao, Jiru.
Qol: Martines, 74.
Vərəqələr: Tiav, 56. Barella, 79. Tonali, 79. Martines, 82. Kruniç, 82. Tomori, 82 - sarı.
Hakim: Kleman Türpen (Fransa).
16 may. Milan. 75567 tamaşaçı.
İlk oyun – 2:0.

oyunun statistikası
15 (4) qapıya (“çərçivə”yə) zərbə 5 (1)
5 künc zərbəsi 3
1 ofsayd 0
15 qayda pozuntusu 22
2 (0) sarı (qırmızı) vərəqə 4 (0)
43 topa sahibolma (faizlə) 57

Çempionlar Liqasında (ÇL) həyəcanı 3-cü dəfə yaşanan “Derby della Madonnina”nın mayın 10-da keçirilən ilk oyunu “İnter”in 2:0 hesablı qələbəsi ilə nəticələnmişdi. “Milan”ın bütün turnirlərdə 9 oyunluq məğlubiyyətsiz seriyasını qıran Simone İnzaqinin komandası ÇL-də əzəli rəqibi ilə bağlı sindromu qırmaq üçün əla fürsət yaxalamışdı. Xatırladaq ki, milanlılar daha əvvəl bu turnirin 2002/03 mövsümünün yarımfinalında və 2004/05 mövsümünün 1/4 finalında qarşılaşmışdılar. Hər iki halda əzəli rəqibə bir oyunda belə uduzmayan “Milan” mərhələni adlamışdı. Amma bu dəfə derbinin hər iki pərdəsi başqa ssenari üzrə reallaşdı.

İnzaqi İtaliyanın son çempionuna qarşı ilk matçdakı start heyəti ilə oynamağı lazım bilmişdi. “Milan”ın ilk “11-liy”ində isə zəruri dəyişikliklərin olması qaçılmaz idi. Belə ki, bu dəfə Kyaer ilə Bennaser fərqli səbəblərdən start heyətində görünmədilər. Ötən həftə keçirilən oyunu zədəli olduğuna görə buraxan Leao isə sıraya dönmüşdü. Əlbəttə, portuqaliyalı vingerin zədəsini sağaltması “qırmızı-qaralar”ı ümidləndirməyə bilməzdi. Amma bu da var ki, son oyunlarda inamlı müdafiəsi ilə seçilən “İnter”ə azı iki cavabsız qol vurmaq Stefano Pyolinin komandası üçün heç də asan olmayacaqdı. Cavab görüşü bu fikri böyük ölçüdə doğrultdu.

“Milan” nominal qonaq statusu ilə meydana çıxdığı oyunda möcüzəni reallaşdıra bilmədi. İnzaqinin komandası böyük ölçüdə ilk görüşün nəticəsinə görə oynadı. “Qara-göylər” oyunun tempinin yüksəlməsinə imkan verməməklə istəyinə çatdı. Matçda ilk real qol vəziyyəti hakimin start fitindən bir neçə dəqiqə sonra qeydə alındı. Dias Tonalinin ötürməsi ilə hesabı açsaydı, “Milan” üçün vacib sayılan başlanğıc olacaqdı. Lakin Dias bunu bacarmadı və bundan sonra meydanda diqtə edən tərəf “İnter” oldu. Menyan bir neçə epizodda komandasını xilas etdi, hissənin sonunda isə nominal qonaqlar Leao ilə daha bir şansdan yararlana bilmədilər. İnzaqinin komandası buna Ceko ilə Martinesin yaddaqalan həmlələri ilə cavab verdilər. Lukakunun meydana çıxması isə qonaqlarn matçı əlavə vaxta daşımaqla bağlı ümidini puç etdi: Martines belçikalı hücumçunun ötürməsi ilə Menyanın da səhvindən yararlanıb ümumi hesabı 3:0 etdi. Beləliklə, ÇL-də “Milan” sindromunu qıran “neradzurri” iyunun 10-da İstanbulda keçiriləcək finala vəsiqə qazandı.

Faktlar

* “İnter” 13 ildən sonra ÇL-in finalına çıxdı. Komanda bu turnirin həlledici oyununda sonuncu dəfə 2010-cu ildə “Bavariya”ya 2:0 hesabıyla qalib gəlib. Finala çıxan sonuncu İtaliya klubu isə “Yuventus” olub. Turinlilər 2016/17 mövsümünü “Real”a məğlubiyyətlə (1:4) başa vurublar.

* “İnter” tarixində 6-cı dəfə ÇL-in (Çempionlar Kubokunun) finalına çıxdı. Komanda bu yarışda indiyədək 3 dəfə (1962, 1965, 2010) qalib gəlib. “İnter” finalda oynama sayına görə “Real” (17), “Milan”, “Bavariya” (hər ikisi 11), “Liverpul” (10), “Yuventus” (9) və “Barselona”dan (8) geri qalır.

* 237-ci Milan derbisi “İnter”in 89-cu qələbəsi ilə nəticələndi. “Milan” indiyədək əzəli rəqibini 79 dəfə məğlub edib, 69 matç isə heç-heçə sona çatıb. Derbidə topların fərqinə görə üstünlük “İnter”in tərəfindədi: 329-310.

* “İnter” tarixində ikinci dəfə ÇL-də “Milan”a qalib gəldi. Bu turnirdə komandalar arasında keçirilən ilk 4 matçda “Milan” 2 qələbə qazanmış, 2 oyun isə heç-heçə nəticələnmişdi.

* “İnter” mövsüm ərzində ardıcıl 4-cü dəfə “Milan”a qalib gəldi. Fevralın 5-də A seriyasında minimalhesablı üstünlüyə nail olan İnzaqinin komandası yanvarın 18-də İtaliya Superkuboku matçında 3 cavabsız qolla qələbə qazanmışdı. “İnter” 1973/74 mövsümündən sonra ilk dəfə ardıcıl 4 derbidə qapısını toxnulmaz saxlamaqla qalib gəldi. “Qara-göylər”in bir mövsüm ərzində “qırmızı-qaralar”ı 4 dəfə məğlub etməsi ikinci dəfə qeydə alındı.

* “İnter” bütün turnirlərdə ardıcıl 8-ci qələbəsini qazandı. İnzaqinin komandası bu seriyada 22 qol vurub və yalnız 3 top buraxıb (A seriyasında “Latsio”nu 3:1, “Sassuolo”nu isə 4:2 hesabıyla məğlub etdiyi oyunlarda qapısından qol buraxıb).

* Martines ÇL-də 10-cu qolunu vurdu. Argentinalı hücumçu bununla da “İnter”in turnirdəki ən yaxşı bombardirlərinin siyahısında Samuel Eto’Oya çatmaqla 4-5-ci yerlərə şərik oldu. Komandanın ÇL-dəki rekordçusu Adrianodu. Braziliyalı sabiq hücumçu göy-qara formada qapılara 14 dəfə yol tapıb. Sonrakı iki yerdə isə hərəyə 11 qol vuran argentinalılar Xluio Krus ilə Ernan Krespo qərarlaşıb.

* Onana ÇL-də “İnter”in yeni rekordunu müəyyənləşdirdi. O, cari mövsümdə keçirdiyi 12-ci oyunda 8-ci dəfə qapısını toxunulmaz saxladı.

* Cavab matçını stadionda 75567 tamaşaçı izlədi. Bu, ilk oyunda qeydə alınan göstəricidən 35 nəfər çoxdu. “La Gazzetta dello Sport”un məlumatına görə, bilet satışından 10,5 milyon avro əldə edilib. Bu, həm stadionun, həm də İtaliya futbolunun avrokuboklar tarixinin yeni rekordudu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-04-2023, 12:0

“İnter” yarımfinalın “qapısını araladı” - REPORTAJ

Dünya futbolu

20-10-2022, 11:0

A seriyasında laureatlar mükafatlandırıldı

Dünya futbolu / Reportaj

17-04-2023, 22:0

“Milan”dan minimal hesablı qələbə - REPORTAJ

Çempionlar Liqası

16-05-2023, 21:0

Fransalı hakim ''Milan'' üçün üstünlükdü?

Aktual
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Son xəbərlər
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
Daha çox
Oxunub: 700
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə