• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ inamlı qələbə qazandı, “sağsağanlar” Milandan xalla döndü - REPORTAJ

Çempionlar Liqası

21-09-2023, 22:0

Püşkatmadan dərhal sonra bu kvartetə “ölüm qrupu” adı verildi.

“Football-plus.az” xəbər verir ki, həqiqətən də, bu qrupda bütün komandalar pley-offa adlamaq baxımından tam bərabər olmasa da, bir-birinə yaxın şansa malikdi. ÇL-in son mövsümünün yarımfinalçısı “Milan” qrup mərhələsinə sonuncu dəfə Avropanın əsas klub turnirində 20 il əvvəl görünən “Nyukasl”a qarşı ev oyunu ilə başladı. “Rossonyerlər“in əhval-ruhiyyəsi yerində deyildi. Axı Piolinin komandası ötən şənbə derbidə “İnter”ə biabırçı hesabla uduzmuşdu. Xatırlayırsizsa, “Milan” ÇL-in yarımfinalında da məhz “İnter”lə bacarmamışdı. Odu ki, “rossonyeri” “Nyukasl”a qalib gəlməliydi ki, azarkeşlərinə şənbə biabarçılığını unutdura bilsin.

Püşk bu komandaları eyni qrupa salanda azarkeşlər dərhal Tonalini də xatırlamışdı. İş ondadı ki, “Milan” yayda aparıcı yarımmüdafiəçisini məhz “sağsağanlar”a 60 milyon avrodan baha satmışdı. Hər kəs səbirsizliklə onun “San-Siro”ya dönüşünü gözləyirdi. “Brentford”la çempionat oyununu buraxan Sandro heyətə dönmüşdü. Əvəzində Hau zədəli Kraft, Uillok və Joelintonun xidmətindən məhrum idi. Meydan sahiblərinin lazaretində isə Kalulu ilə Bennaser “yatmışdı”.

Heç şübhəsiz, “Milan” qolsuz heç-heçəyə görə bəxtdən gileylənəcək və italiyalıları anlamaq olar. Piolinin komandası ilk yarını çox yaxşı keçirdi. Meydanda dominantlıq edən “qırmızı-qaralar” Poupun qoruduğu qapıya 15 zərbə vurdu, 7 dəfə “çərçivə”yə düşdü ki, bu da “Milan” üçün ÇL-də klub rekordudu. Ancaq meydan sahibləri belə əzici üstünlüyü maddiləşdirə bilmədi. Bəzi məqamlarda hücumların son mərhələsində soyuqqanlıq çatmadı, bəzi hallarda da qonaqları Poup xilas etdi. “Sağsağanlar” ilk yarıda çox çəkingən oynadılar, heç cür həyəcanlarını boğa bilmədilər. 2-ci hissədə oyunun xarakteri dəyişdi. “Nyukasl” təşəbbüsü ələ keçirməsə də belə, daha çox hücum etməyə başladı. Üstəlik qonaqlar müdafiədə də artıq etibarlı görünürdü. Pioli dəyişikliklər hesabına əvvəlki hücum gücünü qaytarmağa çalışsa da, rəqib qapısına yol tapa bilmədi. Bundan başqa, oyunun sonunda “Milan” daha bir xoşagəlməz hadisə ilə üzləşdi. Zədələnən Menyan meydanı vaxtından əvvəl tərk etdi. İtaliya klubunun azarkeşlərinə fransalı qapıçının uzun müddətə sıradan çıxmaması üçün dua etmək qalır. Beləliklə, “rossonyeri” derbidəki məğlubiyyətə görə bəraət ala bilmədi. “Nyukasl” isə səfər heç-heçəsindən razı qalmalıdı. Özü də bu 1 xal rəqibin aşkar üstün olduğu oyunda qazanılıb. Bu başqa məsələ ki, “sağsağanlar” belə oyun fonunda “Borussiya” və PSJ ilə duellərdə heç nəyə ümid edə bilməz.

Qrupun digər oyununda “Borussiya”nı məğlub edən PSJ elə ilk turdan sonra liderliyi ələ keçirdi. Yalnız oyunun əvvəlində meydanda bərabər mübarizə getdi. Ancaq sonradan topu ələ keçirən PSJ rəqib qapısı önündə oyun qurmağa başladı. Dortmunduların müdafiəsini yalnız 2-ci hissədə yarmaq mümkün oldu. Mbappenin zərbəsindən sonra top Zyulenin əlinə dəydiyindən hakim “nöqtə”ni göstərdi.

“Zərərçəkən” zərbəni dəqiq yerinə yetirdi. Qonaqlar özünə gəlməmiş Hakimi 2-ci qolu da vurdu. Və yalnız bundan sonra parislilər əks-hücum taktikasına keçdi, dortmundular təzyiq göstərməyə başladı. Düzdü, bu təzyiq hesabın dəyişməsinə gətirib çıxarmadı.

F qrupu
Milan – Nyukasl 0:0
Milan (İtaliya): Menyan (Sportyello, 80), Kalabriya (Florentsi, 46), Tiav, Tomori, Ernandes, Loftus-Çik (Musa, 72), Kruniç, Pobeqa (Reynders, 61), Çukvueze (Pulişiç, 61), Jiru, Leao.
Nyukasl (İngiltərə): Poup, Trippyer, Şer, Botman, Bern, Lonqstaff, Gimarayns, Tonali (Anderson, 72), Merfi (Uilson, 63), İsak (Barns, 90+1), Qordon (Almiron, 63).
Vərəqələr: Kalabriya, 40. Şer, 49. Musa, 82. Jiru, 83. Kruniç, 89 – sarı.
Hakim: Xose Mariya Sançes Martines (İspaniya).
19 sentyabr. Milan. 65695 tamaşaçı.
oyunun statistikası
25 (8) qapıya (“çərçivə”yə) zərbə 6 (1)
6 künc zərbəsi 1
4 ofsayd 3
16 qayda pozuntusu 13
4 (0) sarı (qırmızı) vərəqə 1 (0)
54 topa sahibolma (faizlə) 46
PSJ – Borussiya D 2:0 (0:0)
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi, Markinyos, Şkrinyar, Ernandes (Pereyra, 88), Zair-Emeri, Uqarte, Vitinya (Li Kan İn, 80), Dembele, Kolo Muani (Ramus, 80), Mbappe.
Borussiya (Dortmund, Almaniya): Kobel, Zyule, Hummles, Şlotterbek, Volf (Bensebayni, 76), Can (Baynou-Gittens, 76), Ryuyerson, Brandt (Roys, 62), Zabitser (Nmeça, 14), Malen (Füllkruq, 62), Adeyemi.
Qollar: Mbappe, 49-p. (1:0). Hakimi, 58 (2:0).
Vərəqələr: Şlotterbek, 66. Can, 67. Ryuyerson, 89 – sarı.
Hakim: Xesus Xil Mansano (İspaniya).
19 sentyabr. Paris. 47379 tamaşaçı.
oyunun statistikası
17 (2) qapıya (“çərçivə”yə) zərbə 13 (1)
10 künc zərbəsi 7
3 ofsayd 3
8 qayda pozuntusu 10
0 (0) sarı (qırmızı) vərəqə 3 (0)
65 topa sahibolma (faizlə) 35
4 oktyabr: Borussiya D – Milan, Nyukasl – PSJ.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-06-2023, 14:0

"Milan" Tonalini qoruya bilmədi

Çempionlar Liqası

14-09-2022, 22:0

"Milan" 13-ə çatdı

Dünya futbolu

17-09-2023, 13:0

Milan derbisində tarixi seriya

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Manşet / Çempionlar Liqası

11-05-2023, 00:0

Derbidə sevinən tərəf “İnter” oldu - YENİLƏNİB

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
  • 28-07-2026, 23:0
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 273
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 205
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə