İddia: “Sumqayıt”ı bir dəfə udmuşuq, yenə də udarıq!"

28.10.2023 12:57 354
İdman
Bu gün basketbol üzrə ölkə çempionatında 1-ci turun növbəti oyunu keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, bu ildən Xaçmazı təmsil edəcək "NTD-İndiqo" doğma azarkeşləri önündə debütant "Sumqayıt"la qarşılaşacaq. Şimallıların oyunçusu Əkbər Məmmədov bu matçla bağlı fikirlərini "Football-plus.az"la bölüşdü:

"Sumqayıt"la artıq bir dəfə yoxlama oyununda qarşılaşmışıq və qalib gəlmişik. Düzdü, mən zədə üzündən onda oynamamışdım. Lakin az da olsa, onların performansına bələdik. Yenə də qalib gələcəyimizə ümid edirəm. Kollektivdə ab-hava çox yüksəkdi. Təmsil etdiyimiz Xaçmazda ilk dəfə oynayacağıq. Heç bir zədəli basketbolçumuz da yoxdu".

Xatırladaq ki, bu oyun saat 15.00-da start götürəcək.

CAVİD ƏLİYEV