• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“NTD-İndiqo” publikaya təqdim olundu

Aktual / İdman

21-10-2023, 15:0

Dünən Azərbaycan Texniki Universitetinin idman zalında Xaçmaz təmsilçisi “NTD-İndiqo”nun yeni mövsüm ərəfəsində təqdimat mərasimi keçirildi.

Tədbirdə klub prezidenti Bəhram Abdinov, Quba-Xaçmaz regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə sektor müdiri Elman Məmmədov, basketbolçular, klub rəsmilər və media nümayəndələri iştirak etdi. Bəhram Abdinov giriş nitqi etdi: “Bu il ən gənc basketbolçular bizim klubumuzda cəmləşib. Hətta iki məktəbli basketbolçumuz da var. Komandamız həm Bakıda, həm də Xaçmazda məskunlaşacaq. Əsas bazamız bölgədə olacaq. Ev oyunlarında rəqiblərimizi də Xaçmazda qəbul edəcəyik. Əsas məqsədimiz güclü basketbolçular yetişdirməkdi". 

Daha sonra çıxış edən Elman Məmmədov dedi ki, Azərbaycanda bu idman növünün inkişafı istiqamətində bir sıra işlər görülür:

“Sevindirici haldı ki, bu il ölkə çempionatında regionumuzu təmsil edən basketbolçular da olacaq. Yeni mövsümdə bütün komandalara uğurlar arzulayıram”. 

Tədbirdən sonra xaçmazlıların təcrübəli oyunçusu Əkbər Məmmədov "Futbol+"in bəzi suallarını cavabladı.

- Ötən mövsümü "Gəncə"də keçirmişdin. Bu komandanı niyə tərk etdin?
- "Gəncə"də hər şey əla idi. Özümü orda  xoşbəxt hiss edirdim. Kubok qazandıq, azarkeşlərimizi xoşbəxt etdik. "Sarı-göylər"dən ayrılma səbəbim həm yaxşı təklifin gəlməsi, həm də həyatımı Bakıda qurmaq istəyimlə bağlı idi. Bir də “NTD-İndiqo” mənim keçmiş komandam idi.

- Həyatını Bakıda qurmaq istəyi ilə “NTD-İndiqo”ya gəlsən də, yeni komandan da Xaçmazı təmsil edəcək...
- Bəli, bura gələndən sonra bu dəyişiklik oldu (gülür. İndiyə qədər bizə bu haqda heç bir məlumatverməyiblər.

- Artıq klub prezidenti Bəhram Abdinov da bildirdi ki, kollektiv Xaçmazda məskunlaşacaq. Səfər oyunları zamanı isə  Texniki Universitetin idman zalında toplanış keçəcəksiz.
- Əsas odu ki, komandama kömək edim. Problem deyil. Mənim burda hədəflərim var. Əlimizdən gələni edib azarkeşlərimizi sevindirmək istəyirik.

- Bəs məqsədiniz nədi?
- Bilirsiz ki, mən Cəlilabaddanam. Bu komandaya ilk dəfə 13-14 yaşım olanda gəlmişdim. Bu kollektiv həmişə meydanda xarakter göstərib. Oyunçular həmişə meydanda canlarını qoyublar. Hədəflərimizə gəlincə, ötən mövsüm mən "Gəncə"də də çıxış edəndə deyirdim ki, finalda oynayacağıq. Çox adam gözləmirdi, lakin biz bunu bacardıq. İndi də “NTD-İndiqo” ilə uğur qazanacağımıza inanıram.

- Səncə, çempionatdakı ən çətin rəqibiniz hansıdı?
- Əlbəttə, "Sabah" avrokuboklardakı çıxışı, hazırkı büdcəsi, oyunçuları ilə üstündü. Hətta biz onların Avropadakı çıxışını dəstəkləyirik. Lakin liqada "tələbələr" bizim rəqibimizdi. 

- "Gəncə"dən ayrılandan sonra təkliflərin olmuşdu?
- Bəli, təkliflər var idi. Hamısı da yerli klublardan.
Komandanın amerikalı oyunçusu Cared Smoll da da bəzi suallarımızı cavabladı.

- Komandada yenisən. Bakı haqda təəssüratın maraqlıdı...
- Şəhər, insanlar, atmosfer, hətta yeməkləriniz çox əladı. Hər şeydən razıyam.

- Sənin burdakı hədəflərin nədi?
- Əlbəttə, çempion olmaq! Həm də komandanın mövsümün sonuna kimi sağlam qalması və uğurlu il keçirməsini istəyirəm.

- Ölkə çempionatındakı rəqiblərinizi tanıyırsan?
- "Sabah" tanıyıram, avrokuboklarda uğurla çıxış edir. "Tələbələr"ə qarşı oyunlarımız çətin olacaq. Lakin biz də əlimizdən gələni edəcəyik.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

Aktual / İdman

20-10-2023, 17:0

Bu basketbol klubu yeni şirkətlə əməkdaşlığa başladı

İdman

26-05-2022, 15:0

"Vətən Müharibəsi" şəhidinin xatirəsinə şahmat turniri təşkil edildi

İdman

11-10-2023, 16:0

"NTD-İndiqo" "Xırdalan"ı məğlub etdi

Ölkə futbolu

17-04-2023, 14:0

AFFA-nın və Futbolun İnkişafı Fondunun (FİF) nümayəndələri Xaçmaza səfər edib

İdman / Manşet

10-12-2022, 22:0

Prezident Gənclər və İdman Nazirliyi ilə bağlı sərəncam imzaladı

İdman

26-04-2023, 14:0

Basketbolçular arasında Bakıda keçiriləcək U-18 Avropa çempionatının loqosu - FOTO

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 248
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə