• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” oynadı, “Bavariya” qalib gəldi!

Çempionlar Liqası

27-10-2023, 18:0

3-cü turun ilk oyun gününün matçları məhsuldar keçməsə də, maraqlı alındı.

8 qarşılaşmadan 5-də qonaqların sevinməsi diqqəti çəkdi. “Bavariya” təcrübə hesabına İstanbul “cəhənnəmindən” 3 xalla ayrıldısa, Maquayr və Onana “Yunayted”ə qrupda ilk qələbəni qazandırdı. Eləcə də “Arsenal” və “Real Sosyedad” uyğun olaraq, Sevilya və Lissabon səfərindən çətin, amma mühüm qələbə ilə döndü.

“Bavariya” oyuna yaxşı başlamamasına rəğmən Koman ilə erkən qol vurmağı bacardı. Amma ilk yarıda oyun faktiki təkqapı getdi. Təkcə Kərəm Aktürkoğlu ilk 20 dəqiqədə het-trik edə bilərdi! Amma ona gah qapıçı Ulrayx, gah da qeyri-dəqiqlik mane oldu. Hücumlarının ardı-arası kəsilməyən “Cim-Bom”, nəhayət, yarım saatın tamamında bərabərlik qolunu vurdu. Ağrıkəsici iynələrlə meydana çıxan İkardi özü qazandığı penaltini mükəmməl “Panenka zərbəsi” ilə yerinə yetirdi. İstanbul nəhənginin fasiləyə 1:1 ilə yollanması əslində matçın qırılma anı oldu. Belə oyunla Türkiyə çempionu 2-ci qolu vurmağa borclu idi. Təkcə bir faktı vurğulayaq ki, Okan Burukun komandası ilk tarıda qapıya 16 (!) zərbə endirdi. Müvafiq statistikanın aparıldığı 2003/04-dən bəri heç kim ilk yarıda Münhen nəhənginin qapısına bu qədər zərbə vurmamışdı! “Cim-Bom” 2-ci hissəyə də fəal başladı. Amma bu “dəlicəsinə” tempdə komandanın gec-tez yorulacağı bəlli idi. 65-ci dəqiqədən sonra yorğunluq sözünü deməyə başladı. “Bavariya”ya da məhz bu lazım idi. Keynə Kərəmdən fərqli qol vurmaq üçün 4-5 yox, bircə fürsət yaxalamaq kifayət etdi. Yekun nəticəni isə gənc Musiala müəyyənləşdirdi. 65 dəqiqə üstün oynadığı matçda 6 dəqiqəyə “ağ bayraq qaldıran”ə “Qalatasaray”ın apreldən bəri davam edən 23 oyunluq (avrokuboklarda isə 8 oyunluq) məğlubiyyətsiz seriyası başa çatdı. Bu qələbədən sonra “Bavariya”nın qrupu lider tamamlayacağına heç bir şübhə qalmadı. Qalan üç komanda isə öz arasında 2-ci yerin sahibini müəyyənləşdirəcək. “Rekordmayster”in qrup mərhələsində qələbə seriyası 16, məğlubiyyətsiz seriyası 37, səfərdə qələbə seriyası 8, məğlubiyyətsiz seriyası 19 oyuna çatdı! Bu başgicəlləndirici göstəricilərin hamısı turnirin qrup mərhələsi üçün yeni rekorddu.
İlk 2 turdan xalsız ayrılan “Yunayted”in “Kopenhagen”lə ev oyununda ilk dəqiqələrdən irəli atılacağını gözləmək olardı. Amma belə olmadı. “Qırmızı şeytanlar” sanki sıradan bir premyer-liqa matçına çıxmışdı. Danimarka çempionu inamla müdafiə olunur və ara-sıra Onananın qapısı önündə ciddi təhlükələr yaradırdı. Əsas hadisələr 2-ci hissəyə təsadüf etdi. Əvəzetmələrlə birlikdə tempi və təzyiqi artıran meydan sahibləri 72-ci dəqiqədə istəyinə çatdı. Fasilədə meydana çıxan Eriksenin gözəl asmasından sonra Maquayr başla topu tora göndərdi. 30 yaşlı müdafiəçi karyerasında son qolu təxminən 20 ay öncə - ötən ilin fevralında vurmuşdu. Hər şey “Yunayted”in qələbəsinə doğru gedərkən qonaqlar faktiki son hücumda penalti qazandılar! Amma “Yunayted” fanatlarının indiyəqədərki performansından razı qalmadığı Onana möhtəşəm seyvlə komandasına 3 xal qazandırdı. Özü də penaltini mançesterlilərin sabiq forvardı Henrik Larssonun oğlu Cordan əldən verdi! Mankunianlar bu qələbə ilə sonuncu pillədən qurtuldular.
1. Bavariya 3 3 0 0 9-5 9
2. Qalatasaray 3 1 1 1 6-7 4
3. Mançester Yunayted 3 1 0 2 6-7 3
4. Kopenhagen 3 0 1 2 3-5 1
Növbəti turun oyunları noyabrın 8-də keçiriləcək: Bavariya – Qalatasaray, Kopenhagen – Mançester Yunayted.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Bəlkə də futbolsevərlər uzun müddətdi “Bavariya”nın oyun planında bu qədər əzildiyinin şahidi olmamışdı. İlk yarıda fanatlarımızın dəstəyi ilə inamlı oyunumuz birləşincə rəqibdən bir baş üstün oynadıq. Planımız da məhz bu idi. Bütün fürsətləri dəyərləndirsəydik, ilk yarıda hətta 5-6 qol vura bilərdik. 3 gün əvvəl derbi oynamışdıq. Çox güc sərf etdik və müəyyən müddətdən sonra komanda yoruldu. Əvəzetmələrlə bu problemi yoluna qoymağa çalışsaq da, alınmadı. 2-ci buraxdığımız qoldan sonra çökdük. Məğlubiyyətə rəğmən, hədəfimiz dəyişməyib. Qarşıda hələ 3 oyun var və bu qrupdan çıxmaq istəyirik. Sane və Koman çox güclü cinah oyunçularıdı. Əks-hücumlarda bizə ciddi problemlər yaratdılar. Bir Türkiyə klubunun bu cür güclü rəqibə qarşı belə futbol oynadığını çoxdan görməmişdim. Anxelinyonu çox bəyənirəm və onun transferini də mən tələb etmişdim. Sadəcə, müdafiə planında Kazımcanın daha üstün olduğunu düşündüyüm üçün ona şans verdim”.

Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi: “Qalatasaray” Avropada özünü sübut etmiş komandadı. Bizim üçün heç də asan olmadı. Xüsusilə də ilk yarıda istədiyimiz futbolu sərgiləyə bilmədik. “Qalatasaray” fanatları önündə ilk hissədə üzərimizdə böyük təzyiq qurdu. İkili mübarizələrdə tez-tez uduzurduq. Qapımız önündə çox təhlükə yaratdılar. Amma ikinci hissədə toparlandıq. Müdafiədən hücuma sürətli çıxaraq onlara problemlər yaratdıq. Sane və Komanla bunu gözəl bacardıq. İkardinin heyətdə olması oyun planımızı dəyişmədi. Çünki onun oynayacağını təxmin etmişdik. 60 dəqiqə rəqibin, ondan sonra isə bizim üstün oynadığımız bir qarşılaşma oldu. Fasilədə oyunçularıma daha cəsarətli oynamalı olduqlarını söylədim. Belə atmosferdən 3 xalla ayrıldığımız üçün özümüzlə qürur duya bilərik”.

Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi: “İnanılmaz bir gecə yaşadıq. Maquayr və Onana bizə qələbə qazandırdı. İlk yarıda təlaşlanmadıq. Amma yaxşı da oynamadıq. İkinci hissədə çox fürsətimiz oldu. Bəxtimizin gətirdiyini də deyə bilərik. Müdafiədə heç cür sabitliyi yaxalaya bilmirik. Hər dəfə fərqli oyunçularla oynamaq məcburiyyətində qalırıq. Bu da bizə problem yaradır. Bunu yoluna qoysaq, oyunumuz da, nəticələrimiz də düzələcək”.

Yakop Neestrup, “Kopenhagen”in baş məşqçisi: “Burdan ən azı 1 xalla qayıtmaq üçün əlimizə inanılmaz fürsət düşmüşdü. Elə oyun baxımından da uduzmağa layiq deyildik. Təəssüf ki, penaltidən yararlana bilmədik. Çox üzücü və ağrılı məğlubiyyətdi. Toparlanmağa və növbəti oyunlara köklənməyə çalışacağıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-09-2022, 17:0

''Qalatasaray'' yenə qələbə qolunu sonda vurdu

Çempionlar Liqası

5-10-2023, 23:0

“Qalatasaray” Mançesterdə tarix yazdı!

Dünya futbolu

31-08-2023, 23:0

Okan Buruk daha bir rekord müəyyənləşdirdi - REPORTAJ

Çempionlar Liqası

24-09-2023, 13:0

“Qalatasaray” ölümdən döndü

Dünya futbolu

10-04-2023, 16:0

“Qalatasaray”ın həsrəti 4 ilə yüksəldi - ŞƏRH

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 328
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 105
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə