• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray”ın həsrəti 4 ilə yüksəldi - ŞƏRH

Dünya futbolu

10-04-2023, 16:0

Ötən həftə keçirilən iki oyunla Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vuruldu. Turnir bu mərhələdə əsas favoritlərindən birini – “Qalatasaray”ı itirdi. Nəhənglərdən yalnız “Fənərbaxça” yoluna davam edir.

Çərşənbə günü “Qalatasaray” “İstanbul BŞ”ni qəbul etdi. Bu komandalar arasında bu mövsüm superliqa qarşılaşmasında tarixi hesab qeydə alınmışdı. Belə ki, “Cim-Bom” səfərdə oynamasına baxmayaraq, 7 cavabsız qolla qalib gəlmişdi. Yəni başakşəhərlilər bu oyuna həm də qisas hissi ilə çıxmışdılar. Həmişəki kimi ev oyununda güclü azarkeş dəstəyinə malik olan “sarı-qırmızılar” üçün qarşılaşma yaxşı başlamadı. Artıq 5-ci dəqiqədə Kərəmin qolu zamanı VAR-da ofsayd qeydə alındısa, çox keçmədən Patrik Şiş qonaqları hesabda önə keçirdi. “Qalatasaray”ın bərabərlik qolunu ilk yarının ortalarında künc zərbəsi zamanı Kaan Ayhan vurdu. Klubun yeni transferlərindən olan bu mərkəz müdafiəçisi ilk qolunu vursa da, matçboyu inamsız təsir bağışlayaraq bir neçə dəfə səhvə yol verdi. Yarım saatın tamamında Fiqeyredonun ötürməsindən yararlanan Aleksiç başakşəhərlilərin 2-ci qolunu vurdu. İlk yarıda daha bir diqqətçəkən məqam qonaqların çılğın baş məşqçisi Əmrə Belözoğlunun qırmızı vərəqə alaraq tribunaya yollanması oldu. “Qalatasaray” fasilədən dərhal sonra əsas qol silahı İkardinin sayəsində 2-ci dəfə hesabı bərabərləşdirdi. Argentinalı forvard bu mövsüm 17-ci rəsmi oyunda 10-cu qolunu vurdu.

Yeri gəlmişkən, bu, həm də “Qalatasaray”ın “Nef Stadionu”nda rəsmi oyunlarda vurduğu 600-cü qol oldu. Amma son sözü yenə də qonaqlar söylədi. Superliqada 21 oyuna cəmi 2 qol vuran 22 yaşlı polşalı Şiş dublunu rəsmiləşdirərək qəhrəmana çevrildi. Okan Buruk məğlubiyyətdən qurtulmaq üçün əvəzetmələrə əl atsa da, 3-cü dəfə hesabı bərabərləşdirmək mümkün olmadı. Hərçənd son anlarda Qomis gözəl fürsət yaxaladı və topu dirəyə vurdu. “Cim-Bom” bu mövsüm 30-cu rəsmi oyunda ilk dəfə 3 top buraxdı. Maraqlıdı ki, 2018/19-da kuboku qazanan bu komanda ardıcıl 4-cü mövsümdü, nəinki finala, heç yarımfinala da adlaya bilmir. İstanbul nəhəngi ötən mövsüm 1/32 finalda “Dənizlispor”, 2020/21 və 2019/20-də isə 1/4 finalda “Alanyaspor” səddini aşa bilməmişdi. Çempion olmasına rəğmən, hələ ki ölkə kubokunu qazana bilməyən “İstanbul BŞ” isə tarixində 3-cü dəfə yarımfinala yüksəldi.

Cümə axşamı “Fənərbaxça” “Kayserispor”u qəbul etdi. “Fənər” fanatları, gözlənildiyi kimi, oyuna o qədər də ciddi maraq göstərmədilər. “Beşiktaş”la derbidəki fiaskodan sonra onların belə laqeyd münasibəti anlaşılandı. Stadiona gələnlərin bəziləri isə komandaya dəstək verməyə yox, yenə də rəhbərliyə və oyunçulara etirazını bildirmək üçün gəlmişdi. Hətta “Fənər” hesabı açandan, eləcə də 2 və 3-cü qolları vurduqdan sonra da tribunada “rəhbərlik istefa” şüarları eşidilirdi. Futbolçulardan isə ikinci hissədə meydana çıxan Arao ilə İrfan Can Kahveci fitə basıldı. Eləcə də görüşü qolsuz başa vuran Valensiya fit sədaları altında əvəzləndi. “Sarı-lacivərdlilər” ilk yarını Əmrə Morun dublu sayəsində 2:1 öndə bitirdilər. 1 saatın tamamında qapıçıdan topu oğurlayaraq tora göndərən Sərdar Dursun 101 günlük qol həsrətinə son qoydu. Yekun nəticəni gənc Arda Gülər müəyyənləşdirdi. Beləlilə, yarımfinalda “Fənərbaxça” “Sivasspor”la, “İstanbul BŞ” isə “Ankaragücü” ilə qarşılaşacaq. Yarımfinal mərhələsində qalib iki oyunla müəyyənləşəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-09-2022, 17:0

''Qalatasaray'' yenə qələbə qolunu sonda vurdu

Dünya futbolu

29-10-2022, 17:0

''Qalatasaray''da ilk qollarını vurdular

Dünya futbolu

16-10-2022, 13:0

Dincəlmiş ''Qalatasaray'' Kayseridən xalsız qayıtdı

Dünya futbolu

13-11-2022, 22:0

''Qalatasaray''dan möhtəşəm qələbə!

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 317
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə