• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” Mançesterdə tarix yazdı!

Çempionlar Liqası

5-10-2023, 23:0

2-ci turun ilk oyun günü baxımlı və məhsuldar oyunlara səhnə oldu.

"Football-plus.az" xəbər verir ki, “Braqa”, “Qalatasaray” və “Real” səfərdə əzmkar qələbə qazandı. Xüsusilə “Cim-Bom”un “Old Trafford”da dastan yazması uzun müddət unudulmayacaq. “İnter” və “Bavariya”dan fərqli “Arsenal” fanatlarına şok yaşatdı.

A qrupu
Mançester Yunayted – Qalatasaray 2:3 (1:1)
Mançester Yunayted (İngiltərə): Onana, Dalot, Lindelöf, Varan, Amrabat (Marsyal, 89), Kazemiro, Mecbri (Eriksen, 46), Maunt (Antoni, 85), Fernandeş, Reşford (Qarnaço, 68), Höylunn.
Qalatasaray (İstanbul, Türkiyə): Muslera, Boe, Əbdülkərim Bardakcı, Sançes, Anxelinyo (Ndombele, 84), Kaan Ayhan (Nelsson, 84), Torreyra (Oliveyra, 61), Tete (Barış Alpər Yılmaz, 61), Kərəm Aktürkoğlu, Zaha (Mertens, 72), İkardi.
Qollar: Höylunn, 17 (1:0). Zaha, 23 (1:1). Höylunn, 67 (2:1). K.Aktürkoğlu, 71 (2:2). İkardi, 81 (2:3).
İkardi 78-ci dəqiqədə penaltidən yararlana bilməyib (yan).
Vərəqələr: Torreyra, 31. Kazemiro, 34. Dalot, 38. Boe, 61. Oliveyra, 86 – sarı. Kazemiro, 77 – qırmızı (ikinci sarı).
Hakim: İvan Krujlyak (Slovakiya).
3 oktyabr. Mançester. 73204 tamaşaçı.
oyunun statistikası
16 (5) qapıya (“çərçivə”yə) zərbə 15 (4)
9 künc zərbəsi 3
4 ofsayd 0
13 qayda pozuntusu 16
3(1) sarı (qırmızı) vərəqə 3(0)
52 topa sahibolma (faizlə) 48

“Yunayted”in durumunu nəzərə alaraq futbolsevərlərin böyük maraqla gözlədiyi bu qarşılaşma Türkiyə çempionu üçün yaxşı başlamadı və Höylunn artıq 17-ci dəqiqədə Reşfordun köməyi ilə hesabı açdı. Amma çox keçmədən karyerasında ÇL-də ilk qolunu vuran Zaha sabiq klubunu və “Old Trafford”u susdurdu. Oyun meydan sahiblərinin hücumları şəraitində keçsə də, hiss olunurdu ki, qonaqlar rəqibin ad-sanından çəkinmir. Daha öncə “İstanbul BŞ”nin başında “Yunayted”i məğlub edən Okan Buruk komandasını bu oyuna yaxşı hazırlaşdırmışdı. Hətta 2-ci hissənin ortalarında Sançesin səhvindən sonra Höylunnun əla sürət nümayiş etdirərək 2-ci qolu vurması da qonaqları həvəsdən salmadı. Əksinə, “Qalatasaray” 1:2-dən sonra şou göstərdi. Qoldan cəmi 4 dəqiqə sonra Kərəm Aktürkoğlu Barış Alpər Yılmazın ötürməsini qola çevirdi. Maraqlıdı ki, avokuboklarda 5-ci dəfə fərqlənən Kərəm bu qolların hamısını səfərdə vurub. Çox keçmədən Onana hücuma ötürmə ilə başlayarkən kobud səhvə yol verdi. Kazemiro onun səhvini düzəltməyə çalışarkən həm penaltiyə səbəbkar oldu, həm də 2-ci sarı vərəqəni aldı. Düzdü, İkardi penaltini boşa verərək “çərçivə”yə düşmədi. Amma 3 dəqiqə sonra argentinalı forvard Onana ilə təkbətək qaldığı epizodda topu ustaca onun başının üzərindən atmaqla antiqəhrəmandan qəhrəmana çevrildi! İngiltərə klublarına qarşı səfərdə keçirdiyi 11-ci oyunda ilk qələbəsini qazanan “Cim-Bom”un qrupdakı durumu yetərincə yaxşı olsa da, əsas mübarizə hələ irəlidədi. Okan Buruk 2 fərqli komandanın başında “Yunayted”i məğlub edən 5-ci məşqçi kimi tarixə düşdü. “Qırmızı şeytanlar” son 25 ildə ilk dəfə ÇL-in qrupuna 2 məğlubiyyətlə start verib.

Kopenhagen – Bavariya 1:2 (0:0)
Kopenhagen (Danimarka): Qrabara, Ankersen, Diks (Lund, 78), Vavro, Melinq, Lerager, Falk, Qonsalveş (Oskarsson, 85), Elyunussi (Larsson, 85), Klasson, Aşuri (Bardaqji, 65).
Bavariya (Münhen, Almaniya): Ulrayx, Mazraui, Upamekano, Kim Min Çje, Devis, Kimmix, Laymer (Müller, 77), Sané (Tel, 78), Musiala (Qoretska, 78), Koman (Çupo-Motinq, 87), Keyn.
Qollar: Lerager, 56 (1:0). Musiala, 67 (1:1). Tel, 83 (1:2).
Vərəqələr: Melinq, 54. Lerager, 63. Musiala, 69. Vavro, 90+3 – sarı.
Hakim: Georgi Kabakov (Bolqarıstan).
3 oktyabr. Kopenhagen. 35690 tamaşaçı.
oyunun statistikası
11 (4) qapıya (“çərçivə”yə) zərbə 15 (5)
2 künc zərbəsi 8
1 ofsayd 1
10 qayda pozuntusu 11
3(0) sarı (qırmızı) vərəqə 1(0)
41 topa sahibolma (faizlə) 59

Bu qarşılaşmada bütün qollar fasilədən sonra vuruldu. Danimarka çempionunun müdafiəsini yarmaqda çətinlik çəkən “Bavariya” gözlənilmədən 2-ci hissənin əvvəlində hesabda geri düşdü. Amma Tuxelin komandası həm əzmkarlıq, həm də əvəzetmələr hesabına vəziyyəti dəyişə bildi. Buraxılan qoldan 11 dəqiqə sonra Almaniya futbolunun vunderkindi Musiala bir neçə rəqibin əhatəsində olmasına baxmayaraq, mükəmməl qol vurdu. Zatən böyük oyun üstünlüyünə malik olan və bərabərlik qolundan sonra psixoloji üstünlüyü də ələ keçirən Münhen nəhəngi matçın sonlarına yaxın rəqibi “ağ bayraq qaldırmağa” məcbur etdi. Sonradan meydana çıxan futbolçuların – Müllerlə Telin inamlı oyunu 2-ci qolun vurulmasına səbəb oldu. Müller ÇL-də 101-ci qələbəsini qazanmaqla Kasilyası yaxaladı. O, bu göstəricidə yalnız Kriştiano Ronaldodan (115) geri qalır. “Rekordmayster” ÇL-in qrup mərhələsinə aid olan birdən-birə 3 rekordu yenilədi! Komanda həm ardıcıl 15-ci qələbəsini qazandı, həm məğlubiyyətsiz seriyanı 36 oyuna (33 qələbə, 3 heç-heçə), həm də səfərdəki məğlubiyyətsiz seriyanı 18 oyuna (16 qələbə, 2 heç-heçə) çatdırdı. “Kopenhagen” isə ÇL-də Almaniya təmsilçilərinə qarşı keçirdiyi 13-cü qarşılaşmada da qələbəyə həsrət qaldı (4 heç-heçə, 9 məğlubiyyət).
1. Bavariya 2 2 0 0 6-4 6
2. Qalatasaray 2 1 1 0 5-4 4
3. Kopenhagen 2 0 1 1 3-4 1
4. Mançester Yunayted 2 0 0 2 5-7 0
Növbəti turun oyunları oktyabrın 24-də keçiriləcək: Qalatasaray – Bavariya, Mançester Yunayted – Kopenhagen.

Oyundan sonra...
Erik ten Haq, ''Mançester Yunayted''in baş məşqçisi: “Bu səhvlər psixoloji durumumuzdan qaynaqlanır. Bu səviyyədəki oyunlarda belə səhvlər yolverilməzdi. Çünki rəqib dərhal səni cəzalandırır. Fanatlarımız önündə iki dəfə hesabda önə keçsək də, yenə məğlub olduq. Bu, gözlədiyimiz nəticə deyil. Başverənlərə görə hər birimiz cavabdehlik daşıyırıq. Höylunn performansından razı qala bilər. Biz də ondan məmnunuq. Amma qələbə üçün kifayət etmədi. Pley-off şansımız azalsa da, hələ heç nə bitməyib. Nə etməli olduğumuzu bilirik. Onana başda olmaqla bəzi futbolçularla ciddi söhbət etməliyəm. Onana yaxşı qapıçıdı və ona dəstək verməliyəm”.

Okan Buruk, ''Qalatasaray''ın baş məşqçisi: “Rəqibdən çəkinmədik və öz oyunumuzu oynadıq. Hətta hesabda geri düşəndən sonra da. Belə çətin səfərdə sərgiləyə bildiyimiz maksimum futbolu ortaya qoyduq. Penaltini qaçırmasaydıq, burda 4 qol vurmuş olacaqdıq. Hərçənd ilk yarıda daha yaxşı oynaya bilərdik. Təbii ki, sevincliyik və qrupdan çıxmaq istəyirik. Amma sevinmək üçün elə də çox vaxtımız yoxdu. Artıq şənbə günü bizi növbəti oyun gözləyir. Bu mövsüm məğlubiyyətsiz yolumuza davam edirik. Bu çətin dönəmi mümkün qədər itkisiz keçmək istəyirik. Nəzərə alaq ki, hələ Ziyeş və Ndombele kimi oyunçularımız tam hazır deyil”.

Yakop Neestrup, ''Kopenhagen''in baş məşqçisi: ''Bu oyun bir daha göstərdi ki, biz bu turnirdə, xüsusilə də ev oyunlarında istənilən rəqiblə başabaş oynamağa qadirik. Bu gün “Bavariya”dan, demək olar, heç nədə geri qalmadıq. Nəticəni xırda detallar həll etdi. İki bərabər səviyyəli komandanın duelini izlədik”.

Tomas Tuxel, ''Bavariya''nın baş məşqçisi: “Kopenhagen”in evdə yaxşı oynadığını və işimizin çətin olacağını bilirdik. Konsentrasiyanı itirməmək çox vacib idi. Biz bunu bacardıq. Qol buraxandan sonra işimiz daha da çətinləşdi. Çünki rəqib müdafiədə boşluq vermirdi. Yerli fanatlar da öz komandalarını yaxşı dəstəkləyirdi. Amma böyük üstünlüyə malik idik və bilirdik ki, gec-tez əlimizə fürsət düşəcək. Həm sakitliyi qorumağımız, həm də sonradan meydana çıxanların uğurlu oyunu sayəsində matçın axarını öz xeyrimizə çevirə bildik”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

24-09-2023, 13:0

“Qalatasaray” ölümdən döndü

Dünya futbolu

31-08-2023, 23:0

Okan Buruk daha bir rekord müəyyənləşdirdi - REPORTAJ

Çempionlar Liqası

17-08-2023, 22:0

“Qalatasaray” cavab oyununda da “Olimpiya”ya şans vermədi

Dünya futbolu

18-05-2023, 13:0

“Qalatasaray” artıq şənbə günü çempion ola bilər! - TURUN ŞƏRHİ

Dünya futbolu

10-08-2023, 21:0

“Qalatasaray” Sloveniya çempionunu darmadağın etdi

Aktual

26-03-2023, 10:0

"Qalatasaray"ın "Qarabağ"la keçirəcəyi oyun üçün heyəti

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • 27-07-2026, 21:0
    İngiltərə futbolunda böyük itki
  • 27-07-2026, 20:0
    "İmişli" anqolalı oyunçu transfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 108
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 104
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə