• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” ölümdən döndü

Çempionlar Liqası

24-09-2023, 13:0

Çərşənbə günü keçirilən 8 oyunla ÇL-də qrup mərhələsinin ilk turuna yekun vuruldu.

“Football-plus.az” xəbər verir ki, Qalatasaray”ın geridönüşü fanatlar üçün kiçik təsəlli oldusa, Bellingem adəti üzrə “Real”ın qəhrəmanına çevrildi. “Yunayted” 3 qol vurmasına rəğmən, Münhendən xalsız döndü. Günün əsas sürprizi isə “Zaltsburq”un Lissabondan qələbə ilə dönməsi oldu.

A qrupu
Bavariya - Mançester Yunayted 4:3 (2:0)
Bavariya (Münhen, Almaniya): Ulrayx, Laymer, Upamekano, Kim Min Çje, Devis, Kimmix, Qoretska, Sane (Tel, 87), Musiala (Çupo-Motinq, 75), Qnabri (Koman, 63), Keyn (Müller, 75).
Mançester Yunayted (İngiltərə): Onana, Dalot, Lindelöf, Martines, Regilon, Kazemiro, Eriksen (Maktominey, 69), Pellistri (Qarnaço, 81), Fernandeş, Reşford, R.Höylunn (Marsyal, 81).
Qollar: Sane, 28 (1:0). Qnabri, 32 (2:0). R.Höylunn, 49 (2:1). Keyn, 53-p. (3:1). Kazemiro, 88 (3:2). Tel, 90+2 (4:2). Kazemiro, 90+5 (4:3).
Vərəqələr: Qoretska, 52. Martines, 52 – sarı.
Hakim: Qlenn Nyuberq (İsveç).
20 sentyabr. Münhen. 75000 tamaşaçı.

Bu iki nəhəngin duelinin ilk turun ən məhsuldar qarşılaşması olacağını az adam proqnozlaşdırardı. İlk ciddi təhlükəni qonaqlar yaratsalar da, qolları meydan sahibləri vurmağa başladı. Hissənin ortalarında 4 dəqiqə aralığında Sane və Qnabri yerli fanatları ayağa qaldırdı. Özü də Sanenin qolunda Onana elə kobud səhvə yol verdi ki, istər-istəməz De Xea yada düşdü... 2-ci hissə “qaçdı-tutdu” tərzində keçdi. İtiriləsi bir şeyi qalmayan və hücumda fəallaşan “Yunayted” rəqibini yaxalamağa, “Bavariya” isə uzaqlaşmağa çalışırdı. Böyük ümidlərlə transfer olunan Höylunn “qırmızı şeytanlar”ın heyətində qol hesabını açandan cəmi dörd dəqiqə sonra Keyn penaltidən fərqlənməklə fərqi yenidən 2 topa çatdırdı. Oyunun son anları da bu məcrada keçdi. Kazemiro yıxıla-yıxıla topu tora göndərikdən yenə 4 dəqiqə sonra Tel fərqi artırdı. Kazemironun daha bir qolundan sonra isə hakim final fitini səsləndirdi. “Yunayted” heç də pis təsir bağışlamadığı oyundan məğlub ayrılmaq məcburiyyətində qaldı. Qeyd edək ki, İngiltərə klubları Almaniya klublarına qarşı son 11 oyunda yalnız 1 qələbə qazanıb (4 heç-heçə, 6 məğlubiyyət)!

oyunun statistikası
18 (9) qapıya (“çərçivə”yə) zərbə 8 (4)
7 künc zərbəsi 3
2 ofsayd 0
8 qayda pozuntusu 8
1(0) sarı (qırmızı) vərəqə 1(0)
59 topa sahibolma (faizlə) 41
***
Qalatasaray – Kopenhagen 2:2 (0:1)
Qalatasaray (İstanbul, Türkiyə): Muslera, Boe, Nelsson (Ndombele, 76), Əbdülkərim Bardakcı, Anxelinyo, Kərəm Dəmirbay (Oliveyra, 59), Torreyra, Ziyeş (Barış Alpər Yılmaz, 66), Mertens (Tete, 59), Kərəm Aktürkoğlu (Zaha, 66), İkardi.
Kopenhagen (Danimarka): Qrabara, Yelert, Diks, Vavro, Melinq, Falk, Lerager, Qonsalveş (Klasson, 70), Elyunussi (O.Höylunn, 90+3), Aşuri (Lund, 75), Larsson (Oskarsson, 70/Ankersen, 75).
Qollar: Elyunussi, 35 (0:1). Qonsalveş, 58 (0:2). Boe, 86 (1:2). Tete, 88 (2:2).
Vərəqələr: Lerager, 11. Ziyeş, 39. Yelert, 52. Diks, 73. Oliveyra, 77. Melinq, 82- sarı. Yelert, 73 - qırmızı (ikinci sarı).
Hakim: Georgi Kabakov (Bolqarıstan).
20 sentyabr. İstanbul. 46911 tamaşaçı.
“Qalatasaray”ın bu çətin qrupda ciddi şəkildə 3 xala ümid edə biləcəyi əsas oyun məhz bu idi. Amma Türkiyə çempionu milyonlarla insanın ümidlərini doğrulda bilmədi. Düzdü, “Cim-Bom” ilk yarımsaatda rəqibə göz açmağa imkan vermədi. Amm ÇL Türkiyə çempionatı deyil. Burda rəqibin müqavimətini qırmaq üçün üstün oynadığın dəqiqələrdə qol vurmalısan. İstanbul nəhəngi isə üstün oynadığı dəqiqələrdə heç cür qol vura bilmədi. Meydan sahiblərinin əvəzinə bunu qonaqlar etdi. Elyunussinin qolundan sonra təkcə yerli fanatlar yox, “Qalatasaray”ın oyunçular da şoka düşdülər. Bunun nəticəsi kimi “Kopenhagen” 2-ci qolu da vurdu. Okan Buruk əvəzetmələrlə komandasına “süni nəfəs verməyə” çalışdı. Həm sonradan meydana çıxanların inamlı təsir bağışlaması, həm də qonaqların 73-cü dəqiqədən etibarən azlıqda qalması öz sözünü dedi. Boe və Tetenin baxımlı qolları sayəsində “Qalatasaray” “həyata qayıtdı”. 59-cu dəqiqədə meydana çıxmasına baxmayaraq, Tete görüşün ən yaxşısı seçildi. Hər halda, 1 xal 3 xalın yerini verməsə də, etiraf etmək lazımdı ki, 0 xaldan yaxşıdı. Bu nəticədən sonra “Cim-Bom” üçün növbəti tur “Old Trafford” səfərinin önəmi bir qədər də artdı...

oyunun statistikası
14 (5) qapıya (“çərçivə”yə) zərbə 7 (3)
9 künc zərbəsi 1
4 ofsayd 1
11 qayda pozuntusu 17
2(0) sarı (qırmızı) vərəqə 5(1)
61 topa sahibolma (faizlə) 39
Növbəti turun oyunları oktyabrın 3-də keçiriləcək: Mançester Yunayted – Qalatasaray, Kopenhagen – Bavariya.

Oyundan sonra...
Tomas Tuxel, ''Bavariya''nın baş məşqçisi: ''Layiqli qələbə qazandıq. ÇL elə turnirdi ki, burda hər qələbə önəmlidi. Düzdü, tempimiz istənilən səviyyədə deyildi. 3:1-dən sonra düzgün oynamadıq. Amma meydandakı hər uğursuzluğa düzgün reaksiya verirdik. Əslində fasilədən sonra daha yaxşı oynadıq. Hesab baxımından 2-ci hissədə uduzduq. İlk yarıda isə yaxşı oynamasaq da, fasiləyə üstün yollandıq. Futbolda bəzən belə təzadlar olur. Psixoloji cəhətdən mühüm qələbə qazansaq da, üzərimizdə hələ çox işləməliyik''.

Erik ten Haq, ''Mançester Yunayted''in baş məşqçisi: ''Təbii ki, üzgünük. ''Bavariya''ya səfərdə 3 qol vurursansa, ən azı 1 xal qazanmalısan. Biz isə bunu bacarmadıq. Çox çətin dönəmdən keçirik. Bir çox şey bizə qarşıdı. Elə etməliyik ki, bəxt yenidən üzümüzə gülməyə başlasın. Onananın günahını etiraf etməsi yaxşı haldı. Bir futbolçu səhv edirsə, komanda vəziyyəti xeyrinə dəyişə biləcəyinə inanmalıdı. Biz bu gün bu inamı nümayiş etdirdik. Birinci qolda Sane müqavimətsiz irəliləyərək qapıya zərbə endirdi. Rəqibə qapımıza çox asanlıqla yaxınlaşmağa imkan verirdik. Ümumiyyətlə, onların vurduğu bütün qollar bizim hədiyyəmiz oldu. Amma hələ də hər şeyi düzəltmək öz əlimizdədi. Bizi son 3 oyunda məğlub edən rəqiblərin hamısı yüksək səviyyəli komandalardı. Əslində oyun baxımından onlarla eyni səviyyədəyik. Amma nədənsə final fiti səslənərkən məğlub durumda biz oluruq''.

Okan Buruk, ''Qalatasaray''ın baş məşqçisi: ''İlk yarını üstün keçirdik. Yaxaladığımız fürsətləri əldən verdik. Bu dərəcədə müdafiəyəmeyilli oynayan bir komandaya qarşı yetərincə qol vəziyyəti yaratdıq. Hesabda geri düşəndən sonra da əlimizdən gələni etdik. Amma ikinci yarıya pis başladıq. Motivasiyanı itirdik və topu rəqibə verdik. O anlarda 2-ci qolu da buraxdıq. Amma matçın son anlarında da olsa, reaksiya göstərdik. Yaxşı başlayıb yaxşı bitirdiyimiz bir qarşılaşma oldu. Amma arada bir müddət pis oynadıq. Məğlubiyyətlə barışmamağımız xoşuma gəldi. 3-cü qolu da vura bilərdik. ÇL asan turnir deyil. Burda hər kəs bir-birini yenə bilir. İlk yarıdakı kimi oynasaq, digər matçlarda qalib gələ bilərik. Biz bu gün 2 xal itirən yox, 1 xal qazanan tərəf olduq''.

Yakop Neestrup, ''Kopenhagen''in baş məşqçisi: ''İstanbula qələbə üçün gəlmişdik. Rəqibin gücünü bilirdik. İlk yarını çox zəif və passiv keçirdik. Bəzi epizodlarda bəxtimiz gətirdi. İkinci hissədə biz üstün oynadıq. Amma qırmızı vərəqədən sonra hər şey dəyişdi. Matçın axarını nəzərə alsaq, bu nəticə bizi sevindirmədi. Stadion və atmosfer mükəmməl idi. ''Kopenhagen'' son illərdə ''Sivasspor'', ''İstanbul BŞ'', ''Trabzonspor'' kimi klublara qarşı uğurlu nəticələr əldə etmişdi. Türkiyə klubları bizdən daha çox pul xərcləsə də, bizim nəticələrimiz daha yaxşıdı''.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-08-2022, 11:0

Kazemiro rəsmən "Mançester Yunayted"də

Dünya futbolu

18-08-2022, 14:0

Kazemiro "Mançester Yunayted"ə keçsə, ən çox qazananlardan olacaq

Dünya futbolu

16-08-2023, 19:0

''Bavariya'' fanatları önündə rüsvay oldu

Dünya futbolu

4-11-2022, 15:0

Oktyabrda klubunun ən yaxşısı seçildi

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Aktual
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
Son xəbərlər
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
Daha çox
Oxunub: 193
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 185
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə