Bredli 36 yaşında getdi

27.10.2023 17:11 173
Dünya futbolu
Maykl Bredli karyerasını başa vurub.

"Football-plus.az" xəbər verir ki, o, 36 yaşında yaşıl meydanı tərk etmək qərarına gəlib.

“Toronto”nun yarımmüdafiəçisi ABŞ çempionatının “Orlando Siti” ilə ev oyununda (0:2) peşəkar karyerasında sonuncu dəfə meydana çıxıb. 81-ci dəqiqədə əvəzlənən Maykl “Bimo Fild” stadionuna toplaşanların gurultulu alqışları ilə yola salınıb. Amerikalı futbolçu “Toronto”da 2014-cü ildən çıxış edirdi. O, son 9 ildə bu komandada 308 oyun keçirib, 18 qol vurub və 23 məhsuldar ötürmə edib. Peşəkar karyerasına 2004-cü ildə “Nyu York Red Bullz”da başlayan Bredli sonra Avropada çıxış edib: “Herenven” (2006-08), “Borussiya” (Münhenqladbax, 2008-11), “Aston Villa” (2011), “Kyevo” (2011-12) və “Roma”da (2012-14) top qovub. Onun ABŞ yığmasında 2006-19-cu illərdə 151 oyuna 17 qol vurduğunu da xatırladaq.

Maykl bundan sonra məşqçilik sahəsində gücünü sınayacaq. O, artıq “Stabek”də (Norveç) baş məşqçinin köməkçisi kimi fəaliyyətə başlayıb.