Son vaxtlar “Cenoa”da çıxış edən Domeniko Krişito futbolçu həyatı ilə bağlı qəti qərara gəlib. O, peşəkar karyerasını başa vurub.
"Football-plus.az" xəbər verir ki, bu barədə 36 yaşlı müdafiəçi özü açıqlama verib.
O, keçmiş komanda yoldaşlarına, məşqçilərinə və azarkeşlərə təşəkkür edib. Krişito karyerasını “Cenoa” (2003-04, 2006-11, 2018-22, 2023), “Yuventus” (2004-06), “Zenit” (2011-18) və “Toronto”da (2022) keçirib.
Qeyd edək ki, Krişito vaxtilə İtaliya yığmasında da çıxış edib. O, milli formada 2009-18-ci illərdə 26 oyunda iştirak edib və 3 məhsuldar ötürmə edib.