Şindzi Kaqava ötən ildən çıxış etdiyi “Sent-Trüden”dən ayrılıb. Yaponiyalı futbolçu 23 ildən sonra ilk peşəkar klubuna qayıdıb.
Bu mövsüm Belçika çempionatında 12 oyuna 2 qol vuran yarımmüdafiəçi “Serezo Osaka” ilə yenidən anlaşıb. Xatırladaq ki, 33 yaşlı Kaqava 2006-10-cu illərdə çıxış etdiyi bu komandada 127 oyun keçirib, 57 qol vurub və 17 məhsuldar ötürmə verib. Onun uzun müddət Avropada “Borussiya” (Dortmund), “Mançester Yunayted”, “Beşiktaş”, “Saraqosa” və PAOK-un formasında top qovduğunu, Yaponiya yığmasında 97 oyuna 31 qol vurduğunu da bildirək.