Müdafiəçi Serbiya mətbuatına bu haqda özü açıqlama verib. “İnter”in sol cinah müdafiəçisi 36 yaşında peşəkar futbolla vidalaşmasını belə izah edib:
“Bu anın gec-tez yetişəcəyini bilirdim. Həyatımın bu səhifəsini çevirdiyim üçün təəssüflənirəm. Amma eyni zamanda futbolda çox şeyə nail olduğum üçün sevinirəm”.
Aleksandar karyerası ərzində “Çukariçki” (2004-06), OFK (2006-07), “Latsio” (2007-10), “Mançester Siti” (2010-17) və “Roma” (2017-20) klublarında da oynayıb. Təcrübəli futbolçu “İnter”də 2020-ci ilin yayından çıxış edirdi. Onun Serbiya millisində 2008-20-ci illərdə 94 oyun keçirib 11 qol vurduğunu da bildirək.
