Ronaldo: “Rekordlara əhəmiyyət vermirəm”

27.10.2023 13:51 215
Dünya futbolu
Kriştiano Ronaldo Asiyada da qollarını sıralamaqdadı. “Əl-Nəssr”in ulduz futbolçusu, belə desək, qol kolleksiyasını bir qədər də genişləndirib.

"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr” çərşənbə axşamı Asiya Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun oyununda Qətərin “Əl-Duhail” komandası ilə qarşılaşıb.

Səudiyyə Ərəbistanı klubunun 4:3 hesabıyla qalib gəldiyi matçda Kriştiano Ronaldo dubl edib, Talişka ilə Sadio Mane isə hərəyə bir qol vurublar. Hazırda “Əl-Nəssr” öz qrupunda keçirdiyi 3 oyuna 9 xal toplamaqla 1-ci yerdədi. Matçdan sonra jurnalistlər qarşısına çıxan Kriştiano bunları deyib:

“Mən rekordlara çox da əhəmiyyət vermirəm. “Əl-Nəssr”də vaxtımı səmərəli keçirirəm. Biz ən güclü və ən yaxşı komanda olmaq üçün çalışırıq”.