Şənbə günü Dərnəgül Voleybol Mərkəzində kişi voleybolçular arasında ölkə çempionatının ilk turunun iki oyunu keçirilib. MOİK – U-18 görüşü qeyri-müəyyən səbəbdən təxirə salınıb. İlk qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yenidən araya-ərsəyə gətirilən “Sərhədçi” son ölkə çempionunun əsəbləri ilə oynamağı bacarıb. İlk seti qazanan Ziya Rəcəbovun komandası uğurun davamını gətirə bilməyib. Müəyyən məqamlarda hakim səhvləri, bəzən voleybolçular arasında münasibətlərin gərginləşməsi prinsipial matça rəng qatıb. Günün ikinci oyununda “Neftçi” debütanta heç bir şans tanımayıb.
Lokomotiv – Sərhədçi 3:1 (21:25, 25:17, 25:21, 25:20), Neftçi – Ekspress 3:0 (25:15, 25:14, 25:12)
İkinci turun görüşləri fevralın 3-də keçiriləcək: 14.00 Neftçi – Naxçıvan, 16.00 Sərhədçi – U-18, 16.00 Ekspress – MOİK.
Qeyd edək ki, ikinci qarşılaşma “Sərhədçi” İdman Olimpiya Mərkəzində, ilk və sonuncu matç isə Dərnəgül Voleybol Mərkəzində reallaşacaq.