Kubok “Azərreyl”ə çatdı
Martın 17-də kişi voleybolçuların ölkə çempionatında 8-ci turun oyunları keçirilib. Dərnəgül Voleybol Mərkəzində baş tutan görüşlər “quru” hesabla yekunlaşıb. Bu mövsüm məğlubiyyətin nə olduğunu bilməyən “dəmiryolçular”ın növbəti qurbanı vitse-çempion olub. “Hərbçilər” isə debütanta sürpriz etməyə imkan verməyib. Əvəzində “Sərhədçi” İdman Olimpiya Mərkəzində reallaşan qarşılaşma tay-brekə qədər davam edib. İlk dövrədə gənclər yığmamıza set verməyən Ziya Rəcəbovun komandası bu dəfə 5-ci setdə qələbə qazana bilib.
Neftçi - Lokomotiv 0:3 (22:25, 17:25, 17:25), U-18 - Sərhədçi 2:3 (27:25, 14:25, 20:25, 26:24, 13:15), MOİK - Ekspress 3:0 (25:18, 25:20, 29:27)
1. Lokomotiv 8 8 0 24-3 23
2. Sərhədçi 8 6 2 21-8 18
3. Neftçi 8 5 3 15-10 15
4. MOİK 7 3 4 10-14 9
5. U-18 7 2 5 10-18 6
6. Naxçıvan 4 1 3 3-10 3
7. Ekspress 8 0 8 4-24 1
Həmin gün qadınlar arasında keçirilən “Novruz kuboku” turnirinin də qalibi müəyyənləşib. Gözlənildiyi kimi, həlledici görüşdə “Azərreyl” çempionatdakı əsas rəqibi “Abşeron”a qalib gələrək, kuboka sahib çıxıb - 3:0 (25:21, 25:20, 25:20).